The Guardian günün fotoları rubrikasına Şəhidlər xiyabanından çəkilmiş fotonu da əlavə edib

Britaniyanın ‘The Guardian’ nəşri dünyadan günün fotoları rubrukasında 20 Yanvar şəhidlərini anımdan da foto yayımlayıb.

‘The Guardian’ nəşrinin günün fotoları rubrikasının 20 yanvar buraxılışını təqdim edirik:

1. Bakı, Azərbaycan

İnsanlar Şəhidlər Xiyabanında SSRİ-nin dağılması zamanı Sovet qoşunları tərəfindən öldürülənlərin xatirəsini anma mərasimində iştirak edirlər.

📸 Rəsul Rəhimov / Anadolu Agency / Getty Images

2. Solsberi, İngiltərə

Tibbi heyət Solsberi Katedralında qurulmuş peyvənd mərkəzindəki xəstələrə ‘Pfizer’ vaksinini vurmağa hazırlaşır

📸 Finbar Vebster / Getty Images

3. İdlib, Suriya

Güclü yağışdan sonra Kefer Lusin qaçqın düşərgəsindəki su basmış çadırların havadan görünüşü

📸 Məhəmməd Səid / Anadolu Agency / Getty Images

4. Səna, Yəmən

ABŞ-ın yeni prezidenti Co Baydenin and içəcəyi gün ABŞ əleyhinə etirazlar zamanı silahları yuxarı qaldıran kişilər şüarlar səsləndirirlər.

📸 Yahya Arhab / EPA

5. Berqamo, İtaliya

Şagirdlər dinc etiraz aksiyası zamanı liseyin kənarındakı masalarda oturaraq səlahiyyətlilərdən onları yenidən sinifə buraxmalarını tələb edirlər

📸 Luka Ponti / Pacific Press / REX / Shutterstock

6. Merilənd, ABŞ

Donald və Melania Tramp Floridaya gedərkən prezident olaraq son dəfə ‘Air Force One’ təyyarəsinə minmədən əvvəl ‘Joint Base Andrews’ hərbi bazasında tərəfdarlarını qəbul edirlər.

📸 Getty Images

7. Vaşinqton, ABŞ

Prezident Co Bayden və birinci xanım Cil Bayden andiçmə mərasimindən sonra Ağ Evin Şimali Portikosuna gəlib tərəfdarlarını salamlayıblar.

📸 Alex Brandon / EPA

8. Silmar, California

Yanğınsöndürənlər ştatlararası şossenin ətrafında meşə yanğınlarını söndürürlər. Güclü küləklər və az rütubət yanğınların sürətlə ştatboyu yayılmağına səbəb olur.

📸 Coş Edelson / AFP / Getty Images

9. Venli, Böyük Britaniya

Kristof qasığası İngiltərəni vurandan sonra Kembricşirdəki Venli kəndində daşqın rekord həddə çatıb. Güclü yağışlara görə Böyük Os çayı daşıb və Fenland kəndi ətrafındakı yollar su altında qalıb.

📸 Ceff Robinson

10. Şenyanq, Çin

Çinli üzgüçü Liaoninqin şimal-şərqindəki qismən donmuş gölə tullanır.

📸 AFP / Getty Images

Əvvəlki məqaləAraşdırma: “2021-ci il son 50 ilin ən qısa ili olacaq”
Növbəti məqalədəƏrdoğanın Emmanuel Makrona yazdığı məktub üzə çıxıb: “Sevgili Makron…”