«Trabzonspor» Türkiyə Super Kubokunu qazandı

«Trabzonspor» klubu tarixində ikinci dəfə Türkiyə Super Kubokunu qazanıb.

Ötən mövsümü ölkə kubokunun sahibi kimi tamamlamış «bordo-mavililər» çempion «Başakşehir» üzərində qələbə qazanıb — 2:1. İstanbuldakı Atatürk Olimpiya Stadionunda təşkil olunmuş qarşılaşmanın birinci hissəsində hesab açılmayıb.

İlk qolu 47-ci dəqiqədə «Trabzonspor»un futbolçusu Jorje Semedu vurub. Bundan 7 dəqiqə sonra «Başakşehir» Demba Banın dəqiq penalti zərbəsi ilə hesabı bərabərləşdirib. 73-cü dəqiqədə İstanbul komandası Aleksandr Yepuryanunun qırmızı vərəqə alması səbəbindən azlıqda qalıb. 85-ci dəqiqədə isə Kaleb Ekuban komandasının say üstünlüyündən yararlanarıb.

Görüşün sonluğunda iki komandanın ehtiyat oyunçular skamyasında yer alanlar arasında toqquşma baş verib. Nəticədə «Başakşehir»in direktoru Murat Yaman və «Trabzonspor»un köməkçi-məşqçisi Egemen Korkmaz qırmızı vərəqə alıb. Ara sakitləşdikdən sonra 13 dəqiqəlik uzatma dəqiqələri oynanılıb. Lakin hesab dəyişməyib və «Trabzonspor» sayca 14-cü Superkuboka sahib çıxıb. Baş məşqçi Abdullah Avcı isə karyerasında ilk dəfə titul əldə edib.

Türkiyə Super Kubokunun əvvəllər Prezident Kuboku adlanıb. Bu kuboku «Trabzonspor» 7 dəfə qazanıb.