Tramp ‘iğtişaşlara təhrik etmə’də ittiham olunur: Sənəd Konqresə göndərilib

Demokratların 6 yanvar Konqres basqınında günahlandırdıqları Donald Trampın vəzifədən kənarlaşdırılmasına dair Nümayəndələr Palatasının qərarını simvolik bir tədbirlə Senta təqdim ediblər.

Trampı “qiyama təhrik” ittihamları ilə müzakirəyə çıxaracaq qətnamə məhkəmə formatında keçriləcək iclasda təqdim olunacaq.

Belə ki, 8 fevralda preosesə başlayacaq iclas məhkəmə adlandırılır. Onun qərarı hökmdür.

Burada tərəflər şahidləri çağıraraq sənədləri təqdim edə bilirlər. Demokratların uğur qazanması üçün senatorların səslərinin üçdə ikisini qazanmaq vacibdir.

ABŞ Nümayəndələr Palatası yanvarın 13-də “iğtişaşlara təhrik etmə” ittihamı ilə D.Trampın impiçmentinə səs verib. Səsvermədə 232 senator impiçmentin lehinə, 197-si isə əleyhinə çıxıb.

Bayden inanmır

Amerikanın yeni prezidenti Co Bayden Trampı impiçment işində mühakimə etmək üçün Senatda kifayət qədər səs toplanacağına inanmır.

CNN-ə danışan Bayden deyib ki, Trampın bu işdə təqsirli bilinməsi üçün 50 Demokrat senator, 17 Respublikaçı senator “hə” deməlidir və mən buna inanmıram.

Konqresə hücum

Yanvarın 6-da ABŞ Konqresinin hər iki palatası toplanmış və seçkilərdə səslərin yekun nəticələrini təsdiqləmək istəmişdi, ancaq Konqresin yerləşdiyi Kapitoli təpəsinə hal-hazırki prezident Donal Trampın minlərlə tərəfdarının gəlib Konqress binasını tutmağa çalışması iclası yarımçıq qoyub.

Aqressiv əhval-ruhiyyədə olan etirzçılar Konqress binasına girməyə çalışarkən polis ölkənin qanunverici orqanını evakuasiya etməyə məcbur olub. Verilən məlumatlara görə Konqressdəki iğtişaşlar nəticəsində 4 nəfər, həmçinin bir qadın dünyasını dəyişib.

Kapitoli təpəsində etirazı yatırtmaq üçün ABŞ milli qvardiyası ora yeridilmişdi. Konqress üzvləri öz iclaslarına iki saat ara verərək yerli satla 20:00-da yenidən iclasa davam edə bilmişdilər.