Türkiyə NATO qüvvələrinin komandanlığını öz üzərinə götürüb

Türkiyə Ukrayna böhran əsnasında Rusiyaya qarşı çəkindirici qüvvə olaraq qurulan Çox Yüksək Hazırlıqlı Birgə İş Qüvvəsinin (VJTF) komandanlığını Polşadan götürüb.

2019-cu ildə Almaniya, 2020-ci ildə Polşanın rəhbərlik etdiyi qüvvələrin rəhbərliyi 31 dekabr 2021-ci il tarixinə qədər Türkiyədə olacaq.

Türkiyə Silahlı Qüvvələri ümumilikdə 6400 nəfərlik əsgər heyətinə 4.200 piyada ilə dəstək verəcək. Qalan 2 min 200 əsgər Albaniya, Macarıstan, Çernoqoriya, Polşa, Rumıniya, İtaliya, Latviya, Slovakiya, İspaniya, İngiltərə və Amerika ordularından olan əsgərlərdən ibarət olacaq.

NATO-dan verilən açıqlamada qeyd olunub ki, 4 min 200 nəfərlik Türkiyə əsgəri Türkiyədə istehsal olunan ən son hərbi-texniki vasitələri ilə birlikdə VJTF-ya qoşulub.

Əsas vəzifə Rusiyanı çəkindirməkdir

Rəsmi olaraq Çox Yüksək Hazırlıqlı Birgə İş Qüvvəsi (VJTF) adlandırılan və NATO-nun “Nizə ucu” olaraq xarakterizə edilən qüvvələr, Ukrayna Böhranı dövründə Rusiyaya qarşı çəkindirici qüvvə olaraq yaradılmışdı.

VJTF-nin gözlənilmədən verilən döyüş tapşırıqlarına çox sürətli reaksiya verən bu komando, lazım gəldiyi təqdirdə 72 saat ərzində döyüş bölgələrinə göndərilməyə hazır olmalıdır.

NATO-Türkiyə münasibətlərinin bir göstəricisi

Türkiyə VJTF-nin rəhbərliyini götürməsi, NATO ölkələri ilə arasında hansı problemin olmasına baxmayaraq hərbi birliyin sonuna qədər davam edəcəyinin bir nümunəsi kimi göstərilir.

ABŞ-ın sanksiyalarından bir müddət əvvəl Türkiyə Rusiyadan S-400 hava müdafiə sistemlərinin alınmasına qərar vermişdi. Bundan başqa, Avropa Birliyi Şərqi Aralıq dənizindəki təbii qaz axtarış səbəbindən Türkiyəylə bağlı sanksiyalar məsələsini müzakirə etmşdi.

Əvvəlki məqaləMillət vəkili: “3-5 aya Xankəndində də Azərbaycan bayrağı asılacaq, orda da Azərbaycanın icra hakimiyyəti olacaq”
Növbəti məqalədəAraşdırma: Hər iki rusdan biri yeni ildə həyatının yaxşılaşacağına ümid edir