Üçtərəfli danışıqlar nəticəsində hansı yeni razılaşmalar oldu?

İlham Əliyev, Vladimir Putin, Nikol Paşinyan Kremldə.

Xəbər verdiyimiz kimi, Azərbaycan prezidenti İlham Əliyev, Ermənistan baş naziri Nikol Paşinyan və Rusiya prezidenti Vladimir Putin yanvarın 11-də Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi ilə bağlı üçtərəfli görüş keçiriblər. Görüşün nəticəsində tərəflər birgə bəyanat yayıb.

Görüş nəticəsində qərara alınıb ki, Rusiya, Ermənistan və Azərbaycan Qarabağla bağlı işçi qurup yaradacaq.

Danışıqların nəticəsi jurnalistlər qarşısında açıqlama verən Vladimir Putin deyib ki, rəsmi Moskva, Yerevan və Bakı Dağlıq Qarabağın gələcək inkişafı üçün işçi qurub yaradır. Ən yaxın zamanda üç ölkənin baş nazirlərinin müavinləri nəqliyyat infrastrukturu və region iqtisadiyyatının inkişafı ilə bağlı konkret planlar təqdim edəcəklər. İlk iclas yanvarın 30-da baş tutacaq.

Putin deyib ki, regionda sülhü qorumaq mümkün olub, tərəflər noyabrın əvvəlində atəşkəs haqda sülh bağlanıldıqdan sonra ciddi insidentlərə yol verməyib. Rusiya prezidentinin məlumatına görə artıq 48 min qaçqın geriyə qayıdıb.

“İnfrastrukturun, energetikanın, yaşayış yerləri inşaat işinin bərpası ilə bağlı ardıcıl işlər görülür” – deyə Putin bildirib.

Rusiya tərəfinin təklifi ilə yanvarın 30-dan martın 1-ə qədər tərəflər “ən yüksək səviyyədə” regionun bərpası ilə bağlı tədbirlərin gerçəkləşməsi ilə bağlı qrafik hazırlamalıdır. Hələlik prioriter dəmir yolu və maşın yoluna və onların təhlükəsizliyinə verilir. Moskva, Yerevan və Bakı bu sahədə öz ekspertlərinin siyahısını təqdim edəcək, onlar harasına hökümət və qeyri-hökümət nümayəndələri daxil olacaq.

Regionda yeni dəmir yolu magistralı tikiləcək

Görüşün nəticəsi ilə bağlı danışan İlham Əliyev deyib ki, Dağlıq Qarabağ ərazisində dəmir yolu infrastrukturunun tikilməsi planlaşdırılır, bu bütün Qafqazın nəqliyyat konfiqurasiyasını dəyişdirəcək.

Yeni dəmir yolu Ermənistandan Azərbaycan ərazisinə daxil olacaq və hər iki ölkəni Rusiya ilə birləşdirəcək. Əliyevin sözlərinə görə mühüm olan odur ki, Bakı son Qarabağ münaqişəsindən sonra 30 ildə ilk dəfə öz eksklavı olan Naxçıvan muxtar respublikası ilə nəqliyyat əlaqəsi yarada biləcək. Bundan əlavə yeni yolun köməyilə Azərbaycan Türkiyəyə, Ermənistana yeni çıxış və İranla, Rusiya ilə, onların vasitəsilə Türkiyə ilə yolları açılacaq, müvafiq olaraq Ermənistanın da yeni bazarlara çıxışı yaranacaq.

Regionun beş ölkəsi arasında nəqliyyat əlaqəsinin yaranması iqtisadi əlaqələrin inkişafı və möhkəmlənməsi işində nəhəng perespektivlər yaradacaq – deyə Əliyev bildirib. “Bizim açıqlamalarımız regionumuzda tamamilə yeni situasiyanı yaratmağa hədəflənib – nəqliyyat kommunikasiyalarını açmaq” –  onun çıxışında deyilir.

Paşinyan danışıqlardan narazı qalıb

Ermənistanın baş naziri Nikol Paşinyan görüşdən sonrakı mətbuat konfransında deyib ki, Qarabağ münaqişəsi tənzimlənməmiş qalıb və tərəflər bəzi mühüm məsələlərdə, məsəlçün hərbi əsirlərin dəyişilməsi məsələsində razılaşmaya gələ bilməyiblər.

Paşinyanın sözlərinə görə, rəsmi Yerevan ən tez zamanda Qarabağın statusu məsələsini ATƏT-in Minsk qrupunun müstəvisində müzakirə etmək istəyir.

“Əlbəttə, biz atəşi dayandıra bildik, amma hələ də həllini gözləyən çoxlu məsələlər qalıb” – deyə Paşinyan bildirib.

Həmçinin, Ermənistan lideri danışıqların digər iştirakçıları kimi yeni danışıqların, razılaşmaların regionun təhlükəsizliyini və iqtisadi simasını dəyişdirəcəyinə inandığını deyib.