Əfv Məsələləri Komissiyası ardıcıl iclaslar keçirir

Ardıcıl olaraq bir müddətdir toplaşan Azərbaycan Prezidenti yanında Əfv Məsələləri Komissiyası bu gün də növbəti iclasını keçirəcək.

İclasda komissiyaya daxil olan digər müraciətlərə baxılacaq.

İndiyədək komissiyanın 3 iclası keçirilib və 350-dən çox müraciətə baxılıb.

Komissiya keçirilən ötən iclaslarında baxılan müraciətlərin kateqoriyalarını da açıqlayıb.

Komissiyanın indiyədək keçirilən iclaslarında əsasən yol-nəqliyyat hadisəsi törətmiş şəxslərin, əcnəbilərin və hərbi qulluqçuların müraciətlərinə baxılıb.

Əvvəlki məqaləAXCP sədrinin müavini Seymur Həzi saxlanılıb
Növbəti məqalədəCIA: “Qaşıqçının öldürülməsinin təlimatını Məhəmməd ibn-Salman verib”