Azərbaycan daha 106 erməni hərbçisinin cəsədini qarşı tərəfə təhvil verib

Azərbaycan tərəfindən erməni tərəfinə təhvil verilən cəsədlərin qalıqları.

Azərbaycan 106 erməni hərbçisinin cəsədini qarşı tərəfə təhvil verib. Cəsədlər Qırımızı Bazar adlanan yerdə təhvil verilib. Bu haqda Qondarma Dağlıq Qarabağ Respublikasının Daxili İşlər Nazirliyi məlumat yayıb.

Cəsədlər Xankəndindəki morqa gətirilib. Müharibədə öldürülmüş bütün şəxslərin cəsədi tanınmaz halda olub. Güman edilir ki, onlar əvvəlcə basdırılıb, sonra isə basdırıldığı yerdən çıxardılıb. Məlumata görə bu cəsədlər Füzuli, Hadrut və Cəbrayıl ərazisindən tapılıb.

Qondarma respublikanın DİN rəhbəri Karen Sarkisyan deyib ki, itkin düşənlərin tapılması üçün bütün addımlar atılacaq.

Xatırladaq ki, indiyə qədər ümumilikdə 1485 erməni hərbçisinin cəsədi Azərbaycan tərəfindən tapılaraq qarşı tərəfə verilib.

Əvvəlki məqaləİki türk aktyoru Erdoğanı təhqir etmək ittihamı ilə məhkəməyə çəkilir
Növbəti məqalədəBMT-nin yeni hesabatına görə ətdən istifadə ətraf-mühitə misilsiz zərərlər vurur