BMT məruzəçisi İranın Ukrayna təyyarəsini vurmaqla kütləvi insan haqqları pozuntusu etdiyini bildirir

BMT-nin insan haqqları üzrə məruzəçisi Anes Kallamar İranın 2020-ci ildə Ukrayna hava yollarına aid olan sərnişin təyyarəsini vurmasını çoxsaylı insan haqqlarının pozuntusu adlandırıb.

Kallmar deyir ki, “İranın sərnişin təyyarəsini vurmasına etdiyi rəsmi açıqlamanın hadisə ətrafında aydınlıq yaratmaqdan çox hadisəni maksimum sis-dumana qərq etmək məqsədi daşıyır. Belə anlaşılır ki, onlar çaşqınlıq və bulanıqlıq yaratmağa çalışırlar”.

BMT-nin xüsusi məruzəçisinin mətbuat üçün açıqlamasında həmçinin qəzadan sonra İranın qəza yerində gördüyü işləri də qınayır. Kallamar hadisə yerində İran hökümətinin araşdırmalar aparması əvəzinə oranın əhali tərəfindən talanmasına imkan vermiş, sonra isə buldozerlərlə ərazini kürümüşdür ki, hadisənin necə baş verdiyi haqda heç bir sübut qalmasın.

Xatırladaq ki, 2020-ci il yanvarın 8-də Tehrandan Kiyevə uçan, Ukrayna hava yollarına məxsus Boyinq 737-800 təyyarəsi səhər saatlarında tehran yaxınlığında İran hərbi hava qüvvələri tərəfindən vurulub. Təyyarədə ümumilikdə 176 nəfər həlak olub. Onlar İran, Ukrayna, Kanada, Böyük Britaniya, Almaniya, İsveç və Əfqanıstan vətəndaşları olub. Yanvarın 11-də İran hərbi hava qüvvələri açıqlamasında təyyarəni təsadüfən vurduqlarını bəyan ediblər, təyyarə İran hərbi obyektinin yaxınlığından uçub və “düşmən qüvvəsi”, daha dəqiqi qanadlı raket olduğuna şübhə yaranıb. İran höküməti həmçinin bəyan edib ki, həmin günlərdə ABŞ tərəfindən hücum gözləyirmişlər və buna görə də ölkənin Hava Hücumundan Müdafiə sistemi tam döyüş hazırlığına gətirilibmiş.

MƏNBƏria.ru
Əvvəlki məqaləPolşada polis orqanlarında xidmət edən itlərə və atlara pensiya veriləcək
Növbəti məqalədəPaşinyan: “Müharibədə atdığımız “İskəndər” raketləri ya partlamırdı, ya da 10 faizi partlayırdı”