Co Bayden: “Bütün dünyaya açıq mesaj verirəm, Amerika geri döndü!”

Amerika prezidenti Co Bayden Münhen Təhlükəsizlik Konfransındakı çıxışında Avropa İttifaqı ölkələrinə və NATO müttəfiqlərinə Amerikanın yenidən etibarlı ortaq olduğunun mesajını verib. 

Bayden onlayn təşkil olunan konfransda transatlantik ittifaqın Amerika üçün yenidən prioritet olduğunu bildirib.

“Mən sözümün ağasıyam. Amerika geri qayıtdı. Bu gün Amerika prezidenti olaraq danışıram və bütün dünyaya açıq mesaj verirəm, Amerika geri döndü. Transatlantik İttifaq qayıtdı və geriyə baxmayacağıq”, – deyə Co Bayden çıxışında bildirib.

Prezident kimi işinə başladıqdan sonra Avropada ilk çıxışını edən Bayden bildirib ki, şübhələri silməyimə icazə verin, Amerika Avropa İttifaqındakı müttəfiqləri ilə yaxın təmasda çalışacaq: “Çin ilə strateji rəqabətə hazır olmalıyıq”, – deyə o, vurğulayıb.

NATO müttəfiqlərinə də üzünü tutan prezident deyib ki, NATO bağları sarsılmazdır, birinizə hücum hamımıza hücumdur.