Cozef Borrel: “Rusiya özünü qonşu kimi yox, daha çox rəqib kimi aparan ölkədir”

AB XİN rəhbəri Cozef Borrel.

Avropa Birliyinin Xarici Siyasət üzrə naziri Cozef Borrel Fevralın 22-də Brüsseldə keçirdiyi mətbuat konfransında Rusiyaya səfərinin nəticələri haqda danışıb. O deyib ki, onun Rusiyaya səfərini bütün ölkələr dəstəkləyib, çünki indiki mərhələdə Rusiya ilə necə davracağımı bilmək üçün bu səfər lazımlı idi.

AB-nin Xarici Siyasət üzrə rəhbərinin fikrincə Avropa Birliyi Rusiyayla münasibətlərin modelini araşdırmalıdır, çünki bu ölkə özünü qonşuları ilə qonşu kimi yox rəqib kimi aparır. Borrel bütün AB ölkələrinin xarici işlər nazirlərinin bu fikirdə olduğunu deyib.

“Biz qonşumuzla daimi konfrantasiyadan qaçmaq üçün onunla münasibətlərin modelini düşünməliyik, təəsüflər olsun ki, qonşumuz bizimlə qonşudan çox rəqib kimi davranır” – deyə Cozef Borrel bildirib.

Əvvəlki məqaləİspaniyada diktator Frankonun sonuncu heykəli də uçurulub
Növbəti məqalədəHəbsxanada olan gürcü müxalifət partiyasının lideri hökümətdən televizor tələb edir