Ermənistanın müdafiə naziri: Rus hərbi bazasının bir hissəsini ölkənin şərqinə köçürmək üçün danışıqlar gedir

Ermənistanın müdafiə naziri Vaqarşak Arutunyan.

Ermənistanın müdafiə nazirir Vaqarşak Arutunyan rus mətbuatına verdiyi müsahibəsində deyib ki, İrəvanla Moskva Ermənsitandakı 102-ci rus hərbi bazasının bir hissəsinin Ermənistanın şərqinə köçürməklə bağlı danışıqlar aparırlar.

Bundan əlavə Arutunyan deyib ki, Ermənsitanda olan rus sərhəddçilərinə əlavə bir vəzifə də tapşırılıb ki, Azərbaycanla sərhəddin təhlükəsizliyini qorusunlar.

O həmçinin ikinci Qarabağ müharibəsi ərəfəsində rus sərhəd xidmətinin və təhlükəsizlik xidmətlərinin Ermənistanın sərhəddlərini qorumaq missiyasını uğurla yerinə yetirmələrindən razı qaldığını da dilə gətirib.