Fransa Ermənistanda tərəfləri dialoqa çağırır

Fransa Xarici İşlər naziri Jan İv Lö Drian Ermənistanda demokratiyanın qorunması üçün tərəfləri dialoqa çağırıb.

Nazir bu barədə Parisdə ukraynalı həmkarı Dmitro Kuleba ilə birlikdə təşkil olunan mətbuat konfransında danışıb.

Jan İv Lö Drian deyib ki, Fransa Ermənistanda baş nazirin və prezidentin legitimliyini əsas tutaraq çətin günlərdən keçən ölkədə daha sülhpərvər bir vəziyyət yaratmaq üçün tərəflərin dialoqa getməsini istəyir.

Ermənistanda yaranmaq ehtimalı olan daha ağır gərginlikdən narahat olduqlarını bildirən nazir deyib ki, Ermənistanda demokratiya ənənələri qorunmalıdır: “”Biz dərin demokratik gücə sahib bu ölkənin sabitliyinə və erməni demokratiyasına çox sadiqik”, – deyə o, bildirib.

Fevralın 25-i Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargahı Baş nazir Nikol Paşinyanın istefasını tələb edib. Baş Qərargah rəisi Onik Qasparyan və yüksək rütbəli komandirlər Baş nazir Nikol Paşinyanı istefa verməyə çağıran bəyanat yayıblar.

Ermənistan Baş naziri isə ordu rəhbərliyinin bu bəyənatını “Dövlət çevrilişinə cəhd” kimi dəyərləndirib və tərəfdarlarını küçələrə çıxmağa çağırıb.

Nikol Paşinyan Baş Qərargah rəisi Onik Qasparyanı vəzifədən azad etdiyini elan edib.

Əvvəlki məqaləNavalnın saxlanıldığı həbsxana ailəsinə məlumat verilmədən dəyişdirilib
Növbəti məqalədəAzərbaycan Ermənistana Laçın dəhlizi ilə bağlı xəbərdarlıq edib