Gürcüstanın yeni baş naziri İrakli Qaribaşvili müxalifəti dialoqa çağırır

İrakli Qaribaşvili.

Gürcüstanın yeni baş naziri İrakli Qaribaşvili xalqın birliyi üçün bütün siyasi qüvvələri dialoqa çağırıb.

O deyib ki:”İndi güclü təhlükəsizlik tədbirləri görmüşük və vəziyyəti nəzarətimiz altına almışıq. İstərdim ki, bu məqamda ölkəni bütün siyasi güclərini əsl və dürüst dialoqa çağırım. Bizi ayıran yox, birləşdirən şeylərlə bağlı danışaq. Gürcüstanın qarşısındakı problemlərin fonunda qarşıdurmanın yox, dialoqun zamanıdır”.

İrakli Qaribaşvilinin hakimiyyətə gəlişi ilə gördüyü ilk tədbir ölkənin müxalifət partiyası olan “Vahid Milli hərakat”ın qərargahına hücum etdirərək partiya lideri Nika Melianı həbs etdirmək olub.

Melianın həbsindən sonra onun yüzlərlə tərəfdarı Tbilisidə Dövlət Dəftərxanasının qarşısında toplaşıb. Onlar meydanda çadırlar qurublar və şəhərin mərkəzinə gedən yolları bağlayıblar.

Dünən Melianın həbsi zamanı isə polis gözyaşardıcı qazdan istifadə edərək 20-dən çox partiya fəalını həbs etmişdi, daha sonra onlar hamısı azad edilib.

MƏNBƏ1tv.ge
Əvvəlki məqaləPaşinyan: “Müharibədə atdığımız “İskəndər” raketləri ya partlamırdı, ya da 10 faizi partlayırdı”
Növbəti məqalədəİspaniyada diktator Frankonun sonuncu heykəli də uçurulub