Həbsxanada olan gürcü müxalifət partiyasının lideri hökümətdən televizor tələb edir

"Vahid Milli Hərakat" partiyasının lideri Nika Meliya.

Gürcü müxalifət partiyası olan “Vahid Milli Hərakat”ın rəhbəri Nika Melia dünən həbs olunandan sonra Rustavidəki həbsxanaya yerləşdirilib. O həbsxana rəhbərliyindən kamerasına televizor qoyulmasını istəyib. Bu haqda Gürcüstan Penitensiyar xidməti məlumat yayıb.

Hüquq müdafiəçisi Nino Lomcariya təcridxanada Nika Meliya ilə görüşdən sonra deyib ki, təqsirləndirilən şəxin kamerasında televizor yoxdur. O həbsxana rəhbərliyinin bu problemi vaxtından həll edəcəyinə əmin olduğunu dilə gətirib.

“Təqsirləndirilən Nikanor Melianın penitensiyar sistemində olan başqa məhbuslar kimi televizora baxaq hüququ var” – deyə hüquq müdafiəçisinin bəyanatında deyilir.

Xatırladaq ki, Gürcüstanın ən böyük müxalifət partiyalarından biri “Vahid Milli Hərakat”ın rəhbəri Nika Melia dünən səhər partiyanın iqmətgahında həbs olunub. Bu hadisədən bir neçə saat sonra müxalifət küçə etirazlarına başlayacağını elan edib. Müxalifətin planı odur ki, fevralın 26-da kütləvi oturaq aksiya keçirsin.

Meliya 2019-cu ilin iyun ayında kütləvi mitinqlər və hökümətlə qarşıdurmalar yaratmağına görə mühakimə olunur.

 

MƏNBƏSputnik Georgia
Əvvəlki məqaləCozef Borrel: “Rusiya özünü qonşu kimi yox, daha çox rəqib kimi aparan ölkədir”
Növbəti məqalədəFevralın 25-nə keçən gecə Bakıda 9 dərəcəyədək şaxta olacaq