İlham Əliyev: “O silahlar ermənilərə pulsuz verilmişdi, müftə verilmişdi, özü də 30 il ərzində”

“Ermənistan rəhbərliyi indi gileylənir ki, onlara verilən silahlar yararsız idi. Bilirsiniz, kimisə günahlandırmaq hər şeydən asandır”.

Bu sözləri prezident İlham Əliyev fevralın 25-də Bakının Ramana qəsəbəsindəki yaşayış kompleksində ölkənin ərazi bütövlüyü uğrunda həlak olanların ailələrinə və müharibə əlillərinə mənzillərin təqdim olunması mərasimində deyib.

Tədbirdə məlumat verilib ki, bu kompleksdə doqquzmərtəbəli 30 bina tikilib. Ümumilikdə 1512 mənzildən ibarət kompleksin bütün zəruri sosial infrastrukturla təchiz edildiyi açıqlanıb.

Prezident çıxışında daha sonra da deyib: “Ancaq onu da deməlidirlər ki, bu silahlar onlara pulsuz verilmişdi, müftə verilmişdi. Özü də bir il yox, iki il yox, 30 il ərzində onları bizə qarşı silahlandırırdılar. Biz indi bütün imkanlardan istifadə edib bölgədə gedən prosesləri diqqətlə izləyirik, bizim imkanlarımız var, informasiya mənbələrimiz kifayət qədər çoxdur. Biz bilirik müharibə dövründə Ermənistana nə qədər pulsuz silah verildi, müharibədən əvvəl nə qədər verildi”.

Əvvəlki məqaləNİDA fəalı Elmir Abbasovun saxlanılarkən döyüldüyü bildirilir
Növbəti məqalədəXocalı soyqırımından 29 il ötür