İspaniyada diktator Frankonun sonuncu heykəli də uçurulub

Diktator Fransisko Frankonun İspaniyadakı sonuncu heykəli.

XX əsrdə İspaniya diktatoru olmuş Fransisko Frankonun bu ölkədəki sonuncu heykəli də sökülüb. Heykəl İspaniyanın öz ərasizində yox, Aralıq dənizinin Afrika sahillərindəki kiçik Melilya adlı anklavından sökülərək götürülüb.

Bununla bağlı Melilya şəhər şurasında səsvermə olub və şura üzvləri səs çoxluğu ilə diktator Frankonun şəhərin qapıları önündəki heykəlini sökməyə qərar veriblər.

Heykəl 1978-ci ildə diktatorun ölümündən 3 il sonra onun şərəfinə qoyulubmuş.

General Franko İspaniyanı 1939-cu ildən 1975-ci ilə, yəni öz ölümünə qədər idarə edib. Onun dövründə ispaniyada baş verən vətəndaş müharibəsində Franko tərəfdarları olan millətçi qüvvələrin əli ilə 30000 insan öldürülüb.

Daha sonra Franko dövlət terroru ilə məşğul olub və hakimiyyəti dövründə çoxlu siyasi cinayətlər törədib.

Ancaq 2007-ci ildən başlayaraq İspaniya höküməti diktator Frankonun repressiyalarından əziyyət çəkmiş insanların xatirəsinə hörmət olaraq ölkənin hər yerindən Franko heykəllərini, bütlərini sökməyə başlayıb.

MƏNBƏBBC
Əvvəlki məqaləGürcüstanın yeni baş naziri İrakli Qaribaşvili müxalifəti dialoqa çağırır
Növbəti məqalədəCozef Borrel: “Rusiya özünü qonşu kimi yox, daha çox rəqib kimi aparan ölkədir”