Kanada parlamenti Çinin uyğurlara qarşı siyasətini “soyqırım” adlandırıb

Kanada parlamentində Çinin uyğurlara qarşı siyasətini “soyqırım” adlandıran qanun qəbul olunub. 

Kanadanın əsas müxalifəti hesab olunan Kanada Mühafizəkar Partiyasının Vellinqton millət vəkili Michael Chong tərəfindən parlametə təqdim olunan “Çindəki dini azlıqlar” adlı sənəd bazar ertəsi parlamentdə müzakirəyə çıxarılıb və təsdiqlənib.

Sənədin lehinə müstəqil və müxalifət partiyalarının münayəndələrindən 184 nəfər, iqtidarda olan Liberal Partiyadan isə 82 nəfər səs verib. 338 yerlik parlamentdə təmsil olunan iqtidardakı Liberal Partiyanın 72 millət vəkili səsvermədə iştirak etməkdən imtina edib.

Səsvermədə iştirak edən millət vəkillərinin hamısı sənədin lehinə səs verib və beləcə Kanada parlamentində Çinin uyğurlara qarşı siyasətini “soyqırım” adlandıran qanun qəbul olunub.

Bundan əvvəl isə Kanadanın Baş naziri Justin Trudeau səsvermədə iştirak etməyəcəklərini bildirmişdi.