Latviya rus jurnalisti Vladimir Solovyovun ölkəyə girişinə qadağa qoyub

Rus jurnalisti Vladimir Solovyov.

Latviyanın daxili işlər naziri Edqar Rinkeviç rus televiziya aparıcısı Vladimir Slovoyovu bu ölkə üçün istəniləməyən şəxs elan edib. Bu haqda Rinkeviç özü tvitter hesabında yazıb.

Latviya DİN rəhbəri bu qadağanı Vladimir Solovyovun televiziyada nasizmi tərfləməsi ilə əsaslandırıb və nasizmi istənilən formada təbliğ edən şəxslərin Latviyaya buraxılmayacağını bildirib. Solovyov fevralın 15-də axşam verilişində çıxışı zamanı Aleksey Navalnini nasist lideri Adolf Hitler və Otto Skorçen ilə müqaisə edib, ancaq Hitlerin Navalnidən fərqli olaraq ordudan yayınmayıb müharibədə iştrak etdiyini, öz vətəninə sadiq olduğunu deyib.

Rusiya Dövlət Dumasının deputatı Valeriy Raşkin də Solovyovla bağlı Baş prokurorluğa müraciət edərək onun nitqində faşizmi reablitasiya etmə elementlərinin olub-olmamasını araşdırmağı istəyib.

Solovyov isə öz vəkili vasitəsilə Lativiyaya buraxılmamasına görə məhkəməyə müraciət edəcəyini deyib.

MƏNBƏria.ru
Əvvəlki məqalə‘Financial Times’ Baydenin Ərdoğana niyə zəng etməməsindən yazıb
Növbəti məqalədəAvropa Məhkəməsi NİDA-çılara görə Azərbaycanı 43 min 500 avro cərimələdi