Pakistanda həkim xəstəxana xərclərini ödəməyən ailənin uşağını satıb

Pakistanda həkim xəstəxana xərclərini ödəməyən ailənin uşağını heç bir razılıq olmadan başqa ailəyə satıb.

Pakistanın ARY News kanalının verdiyi məlumata görə, hadisə ölkənin ən çox insan yaşayan Pencap şəhərində baş verib.

Tulamba şəhərində yerləşən özəl xəstəxanaların birində həkim xəstəxana xərclərini ödəməyən ailənin körpəsini satmaq fikrinə düşüb, ailə bu fikri rədd etsə də həkim yeni doğulan körpəni zorla alıb Faysal adında bir adama satıb.

Bundan sonra ailə həkimin bu addımından polisə şikayət edib.

Dərhal müdaxilə edən polis həkimi həbs edib. Xəstəxana rəhbərliyi isə şikayətlərini geri götürməsi üçün ailəyə təzyiq edib.

Əvvəlki məqaləİlham Əliyev Ermənistandakı vəziyyətdən danışıb: Köçəryan və Sarkisyan 20 il ölkəni iflasa uğradıblar
Növbəti məqalədəLukaşenko oğlunu Milli Olimpiya Komitəsinə prezident təyin edib