Paşinyan: “Müharibədə atdığımız “İskəndər” raketləri ya partlamırdı, ya da 10 faizi partlayırdı”

Nikol Paşinyanın erməni mətbuatına müsahibəsi.

Ermənistanın prezidenti Nikol Paşinyan Rusiya istehsalı olan “İskəndər” raket kompleksləri haqda tərəddütlü fikirdə olduğunu deyib. Paşinyan bildirib ki, bu silah 80-ci illərin silahıdır və köhnəlmiş sayılır.

Paşinyan 1in.am saytına müsahibəsində deyib ki, Azərbaycanla 44 günlük müharibədə hədəfləri vurmaq üçün istifadə etdikləri “İskəndər” raketləri atılandan sonra ya heç partlamırdı, ya da 10 faizi partlayırdı. O bunun səbəbi kimi silahların 80-ci illərdən qalma, köhnə silahlar olduğunu deyib.

Paşinyan həmçinin 2018-ci il inqilabına qədər Ermənistanda hakimiyyətdə olan adamların ordu təchizatı işində törətdiyi korrupsiya hallarına görə minlərlə cinayət işi qaldırıldığını, keçmiş prezident Sarkisyanın bu korrupsiyanın başında dayandığını da bildirib.

Paşinyanın bu rəyinə Rusiyanın cavabı gecikməyib. Rusiya Dövlət Dumasının deputatı Dmitri Sablin Paşinyana cavab kimi deyib ki, döyşdə məğlub olan adam günahı onun-bunun üstünə atmağa çalışar. Müharibədən yaxşı başı çıxan insanlar bilir ki, “İskəndər” XXI əsrin ən yaxşı operativ-taktiki raket kompleksidir. “İskəndər” dəfələrlə müharibələrdə yüksək xarakterik göstəricilərini təsdiqləyib.

Əvvəlki məqaləBMT məruzəçisi İranın Ukrayna təyyarəsini vurmaqla kütləvi insan haqqları pozuntusu etdiyini bildirir
Növbəti məqalədəGürcüstanın yeni baş naziri İrakli Qaribaşvili müxalifəti dialoqa çağırır