Polşada polis orqanlarında xidmət edən itlərə və atlara pensiya veriləcək

Polşa hökuməti polis orqanlarında xidmət edən itlərə və atlara pensiya təyin etməyə hazırlaşır.

Polşanın Daxili İşlər naziri Mariusz Kaminsk deyib ki, qəbul ediləcək yeni qanun itlərə və atlara ömür boyu xidmət göstərməyi təmin edəcək.

Hazırda qurumda xidmət göstərən heyvanlar indiki qanunlara görə işləri bitdikdən sonra dövlətdən dəstək almırlar. Təqaüdçü polis itlər adətən polis orqanlarındakı qulluqçuları tərəfindən sahiblənirlər və heyvanların bütün təminatı bu sahiblərin öz hesabına olur.

Elmo adlı bir itə qulluq edən sərhədçi deyir ki, heyvanları istifadə edirik və xidmətləri bitdikdən sonra rəsmən atırıq.

Ancaq Polşanın “Notes” xəbər saytının verdiyi məlumata görə, bu praktika dəyişmək üzrədir. Cümə axşamı Daxili İşlər Nazirliyi xidmətini dayandıran heyvanların ehtiyaclarını ödəmək üçün qaydaları müəyyən edən qanun layihəsini Polşa parlamentinə təqdim etdiyini açıqlayıb.

Hazırda Polşada polis orqanlarında xidmət göstərən onlarla at, minə yaxın isə it var.

Əvvəlki məqaləOrenburqda qaz kəmərinin partlamasına görə fövqəladə vəziyyət elan olunub
Növbəti məqalədəBMT məruzəçisi İranın Ukrayna təyyarəsini vurmaqla kütləvi insan haqqları pozuntusu etdiyini bildirir