“Qadınlar çox danışır” deyən Tokio-2020 Təşkilat Komitəsinin rəhbəri istefa verdi

Yaponiyada qadınlarla bağlı seksist fikirləri ilə müzakirələrə səbəb olan Tokio Paralimpiya Oyunları Təşkilat Komitəsinin sədri Mori Yoşiro təzyiqlərdən sonra istefa verib.

Onlayn iclasda qadınlarla bağlı fikirləri sosial mediaya sızandan sonra Mori çox ciddi tənqidlərə məruz qalıb. Onlayn görüşdə komitədə qadın üzvlərin sayının artırılması müzakirə edilən zaman o, “Əgər qadınların sayını artırsaq, danışma müddətlərini məhdudlaşdırmalıyıq. Onlar çox danışır”,- deyə o qeyd edib.

Bu sözlər sosial şəbəkələrdə yayıldıqdan bir gün sonra Mori mətbuat konfransı keçirib, bu sözləri qapalı iclasda dediyini bildirib və qadınlardan üzr istəyib. Ancaq onun bu üzrü əsəbləri sakitləşdirməyib və onun istefası istənilib.

Baş verənlərin ardından sədr Morionun Tokio Paralimpiya Oyunları Təşkilat Komitəsinin üzvləri ilə iclas keçirəcəyi gözlənilsə də onun istefa xəbəri açıqlanıb.

MƏNBƏIndependent, CNN
Əvvəlki məqaləİlham Əliyev: “10 il ərzində biz Avropa Komissiyası ilə fəal şəkildə əməkdaşlıq etmişik”
Növbəti məqalədəDünyada hər 5 ölümdən biri hava çirkliliyinə görədir