Qlobal istiləşməni dayandırmaq üçün həyati önəm daşıyan investisiyalar – Bill Qeyts

“Microsoft”-un banisi/Bill Qeyts

İqlim dəyişikliyinə diqqət göstərməyim dolayı yolla enerji problemlərindən qaynaqlandı. 2000-ci illərin əvvəlində hardasa bir milyard insanın elektriklə normal şəkildə təmin olunmadığını və bu insanların yarısının Afrikada yaşadığını öyrəndim. Həyat yoldaşım Melinda ilə birlikdə ocaq qalayıb yemək bişirmək üçün hər gün saatlarla yandırmağa odun yığan qadınlarla tanış olduq, dərslərini şam işığında öyrənən uşaqlarla qarşılaşdıq.

Bir tərəfdən də fondumuzun şüarı gəldi ağlıma: “Hər kəs sağlam və məhsuldar bir həyata layiqdir” deyirdik, digər tərəfdən də soyducu işləmədiyi üçün peyvəndləri soyuq saxlayan xəstəxanalar var idi və bu şəkildə sağlıqlı qalmaq mümkün deyildi. İş yerlərinə verməyə elektrik yoxdursa, xalqa məşğulluq gətirəcək iqtisadiyyat düzltmək olmur. Elektrik enerjisinin az əl çatdığı ölkələrdə daha əlçatımlı olması üçün düşündüm və bir daha başa düşdüm ki, cəmiyyətlərin inkişaf etməsi üçün daha çox enerji əldə etmək lazımdır, ancaq bu enerjini istehsal edərkən havaya maksimum az çirkli tullantı buraxmaq lazımdır. Havaya buraxılan karbonu azaltmamalıyıq, sıfıra salmalıyıq.

İqlim böhranı yavaş-yavaş dolan çəlləyə bənzəyir. Suyun damma sürətini azaltsaq belə, axırda çəllək dolacaq və daşacaq. Qarşısını almağa çalışmalı olduğumuz fəlakət budur. Çəlləyin dolmaması üçün onu dolduran səbəbləri başa düşməliyik. Bu səhər dişlərinizi fırçaladınızmı? Çox güman diş fırçanız plastik neft məhsulundan hazırlanıb. Səhər yeməyi yedinizsə, masadakı çörək gübrə ilə hazırlanır və gübrə istehsalı karbon qazının dövriyyəyə buraxılmasına səbəb olur. Bu taxıl sahələrində işləyən traxtorlar benzinlə işləyir. Günorta Hamburger yeyirsinizsə, onun əti hazırlananda yenə çirkli qaz tullantıları havaya buraxılır. Yəni, yanacağın çirkli qalıqları hər yerdə var.

Bir başqa ciddi mövzu da dövriyyəyə buraxılan karbonun sıfırlanmasının nə qədər maliyyə ölçüsündə olacağıdır. Dünyanın istixana qazlarının bu qədər yayılmasının səbəbləri yanacağın ən ucuz enerji qaynağı olmasıdır. Digər tərəfdən, bu yanacaqların qiyməti ətraf mühitə vurduğu zərərləri özündə əks etdirmir. Başqacür desək, yəni, böyük enerji iqtisadiyyatını çirkli texnologiyalardan sıfır emissiyalı texnologiyalara daşımağın maliyyə dəyəri çox böyükdür. Mən bu əlavə xərcləri “yaşıl fərq” adlandırıram. Məsələn, Amerikada son bir neçə ildə bir qallon təyyarə yanacağının pərakəndə qiyməti 2,22 dollardır, reaktivlər üçün hazırlanmış biokimyanın bir qallon başına orta qiyməti isə 5,35 dollar. Beləliklə, sıfır karbonlu yanacaq üçün yaşıl fərq bu iki qiymət arasındakı 3.13 dollardır. Yəni, 140%-in üstündə.

Bu fərqlər o qədər az olmalıdır ki, hər kəs karbondan uzaqlaşa bilsin. İqlim fəlakətinə səbəb olmadan hər kə üçün uyğun qiymətə enerji əldə etməyin tək yolu budur.

Amerikadakı elektrik sisteminin ümumilikdə hamısını sıfır karbonlu mənbələrə çevirmək çox insanın hazırda ödədiyindən 15% daha artıq pul ödəməsi mənasını verir. Yəni, ortamala bir ev üçün aylıq 18 dollar kimi nisbətən aşağı rəqəm. Bunu son on ildə günəş enerjisi infrastrukturu ilə həyata keçən önəmli enişə borcluyuq.

Bu aşağı yaşıl fərqlər günəş və külək kimi bərpa olunan enerji mənbələrinin Amerika və Avropada sıfır karbon hədəfinə çatmaqda vacib rol oynayacağı mənasını verir. Bərpa olunan enerjini iqtisadi baxımdan mümkün olan hər yerə sürətlə çatdırmalıyıq.

Buna görə təmiz yanacağın sərfəli olmasını təmin edən yeni texnologiyalar, şirkətlər və məhsullar üçün ortada yeni fürsətlər var. Araşdırmada və inkişaf etdirmədə uğurlu olan ölkələr yeni məhsullar yarada bilər, bu məhsulları daha uyğun qiymətli hala gətirə bilər və mövcud fərqi ödəyə bilməyən dögər ölkələrə ixrac edə bilər. Bu olsa, heç kim iqlim fəlakətindən qaçmaq üçün öz üzərinə düşən işi görüb-görmədiyinin müzakirəsini etməz. Çünki ölkələr və şirkətlər dünyanın sıfır karbon səviyyəsinə çatmasına kömək edən uyğun qiymətli texnologiyaları satmaq üçün bir-birləri ilə yarışacaq.

Dünya liderləri yaşıl fərqləri necə aşağı salacaqlarına dair ortaya bir iş qoymalıdırlar. Hökumətlər elektrik stansiyalarının, avtomobillərin və zavodların havaya nə qədər çirkli tullantı buraxmalarına dair qanunlar qoya bilərlər. Elmi araşdırmalara daha çox maliyyə ayıra bilərlər və yeni məhsulların bazarlara nə qədər sürətlə girəcəyini müəyyən edən qanunlar yaza bilərlər.

Amerikada ştatlar qısamüddətli saxlama və az emissiyalı sement kimi texnologiyaların dəstəklənməsi üçün yol xəritəsi hazırlaya bilərlər. Elektrikli avtobus almaq, elektrikli avtomobillər üçün daha çox doldurma yeri inşa etmək, yanacaqla işləyən avtomobillər üçün yol məhdudiyyəti qoymaq daydalı iş ola bilər.

Təsir etmək üçün mütləq siyasətçi olmaq lazım deyil. İstehlakçı olaraq insanların sıfır karbon emissiyalı bir texnologiya istədiyinə və buna pul xərcləyəcəyinə dair siqinallar verə bilərsiniz. Bir ekeltriklə işləyən avtomobil üçün daha çox pul versəniz, bu, bu maşınlara tələbat olduğunu göstərər.

İqlim dəyişikliyi təhlükəsi bu qədər yaxın olduğu halda gələcəyə ümidlə baxmaq çətin ola bilər. Ancaq qlobal sağlamlıq müdafiəçisi və dostum Hans Rosling özünün “Factfulness” kitabında yazdığı kimi: “Dünyadakı reallıqları qəbul edəndə, həm dünyanın pis yer olmadığını, həm də dünyanı necə daha yaxşı bir yer edəcəyimizin yollarını görə bilərik”. Reallıqları görən bir iqlim dəyişikliyi baxışımız olarsa, bu iqlim fəlakətindən qaçmaq üçün əl-qolumuzun bağlı olmadığını görərik. Əlimizdəki həll yollarının dövriyyəyə buraxılmasına nəyin mane olduğunu və əlbəttə bu manelərin aradan qaldırılması yollarını da…