Rus S-400-lərinə niyə böyük maraq var?

Rusiyanın silah ixracı şirkəti “Rosoboroneksport”-un rəhbəri Aleksandr Mixeyev deyib ki, S-400 Hava Hücumundan Müdafiə sistemlərinin dünyanın diqqətindədir və bunun əsas səbəbi bu sistemin istənilən hədəfi vurma bacarığının olmasıdır.  

Birləşmiş Ərərb Əmirliklərinin paytaxtı Əbu Dabidə təşkil olunan IDEX 2021 sərgisində çıxış edən Mixeyevin sözlərinə görə, bu sistem qanadlı raketlər kimi aerodinamik hədəfləri, eyni zamanda 3-5 km məsafədən gələ biləcək balistik raketləri zərərsizləşdirə bilir.

“Hazırda Havadan Müdafiə Sistemlərində ən çox axtarılan xüsusuiyyət istənilən yüksəklikdə zərərsizləşdirmək bacarığının olmasıdır. Bu xüsusiyyət müasir döyüşlərdə əsgərlərə və infrastruktura maksimum ziyan vuran əsas dağıdıcı element olan ‘həssas’ silahlara effektiv şəkildə qarşı qarşı qoymaq bacarığını özündə ehtiva edir. Atətən bu cür hədəflər ərazini təbii kamuflyaj kimi istifadə edərək son dərəcə aşağı hündürlüklərdə uçurlar. S-400 raketləri ən alçaq məsafədən belə hərəkət edən bu cür raketləri zərərsizləşdirə bilir”, – deyə Rosoboroneksportun rəhbəri deyib.

Aleksandr Mixeyev deyib ki, bu sistemlər dəfələrlə döyüşlərdə və təlimlərdə uğurla sınaqdan keçirilib.

Rus rəsmisi əlavə edib ki, S-400-lər 380 kilometrə qədər məsafələrdəki hədəfləri vurmaq baxımından xaricdəki digər bütün alternativlərin 2 dəfə üstələyir: “Eyni zamanda, bu sistemin döyüşə hazır olma müddəti alternativlərindən ən azı 3 dəfə sürətlidir və maksimum 5 dəqiqəyə təyinatı üzrə hədəfi zərərsizləşdirir”, – deyə Rusiyanın silah ixracı şirkəti Rosoboroneksportun rəhbəri Aleksandr Mixeyev bildirib.