Rusiyada aksiyalar davam edir, bu dəfə Navalnının həyat yoldaşı üçün

Rusiyanın paytaxtı Moskvada və Sankt-Peterburqda həbsdə olan müxalifət lideri Aleksey Navalnının Almaniyaya mühacirət etmiş həyat yoldaşı Yulia Navalnıya dəstək aksiyaları keçirilib. 

Moskvanın mərkəzindəki Arbat küçəsində təşkil olunan aksiyaya onlarla şəxs qatılıb və qatılanların hamısı qadın olub. Onlarla bərabər xeyli mətbuat nümayəndəsi də aksiya keçirilən küçəyə toplaşıb.

Yulia Navalnıya dəstək şüarları ilə müşayət olunan aksiya 2 saat davam edib və insidentsiz başa çatıb. Ərazidə xidmət aparan xeyli sayda polis aksiyaya müdaxilə etməyib.

Oxşar aksiyalar Sankt-Peterburqda da baş tutub. Onlarla gənc qadın əllərində güllərlə Voskresenskaya Naberejnaya küçəsində zəncir düzəldiblər. İcazəsiz aksiya saat 16:00-da heç bir insident baş vermədən sona çatıb. Polis müdaxilə etməyib.

Yulia Navalnı həyat yoldaşı Aleksey Navalnı 3 il yarım həbs cəzası aldıqdan sonra Almaniyaya mühacirət edib.

Yuliya Navalnı yanvarın 17 də əri ilə birlikdə Almaniyadan Moskvaya qayıtmışdı, o bundan öncə isə 5 ay boyu Almaniyada zəhərlənmiş ərinin müalicəsi ilə məşğul idi. Aleksey Navalni ölkəyə qayıtdıqdan dərhal sonra hava limanındaca həbs olundu. Fevralın 2-də Aleksey Navalniyə 3,5 illik həbs cəzası verilib.

Əvvəlki məqaləSəməd Rəhimli: “Azərbaycanın Ermənistandan 50 milyard dollarlıq kompensassiya almasının heç bir hüquqi mexanizmi yoxdur”
Növbəti məqalədəBirləşmiş Ərəb Əmirlikləri ilk dəfə İsrailə səfir təyin edib