Sorğu: İsrailli gənclərin böyük hissəsi fələstinlilərə nifrət edir

Şərqi Qüdsdə olan Qüds İbrani Universiteti 16-18 yaş arası 1100 gəncin iştirak etdiyi sorğunun nəticələrini paylaşıb.

Ötən ilin may-iyul aylarında aparılan araşdırmaya görə, ultra-pravoslav yəhudi gənclərin 66%-i, dindar yahudilərin 42%-i, sekulyarların isə 24%-i fələstinlilərə nifrət etdiklərini bildiriblər.

Bundan başqa, ultra-pravoslavlar da daxil olmaqla dindar yahudilərin 49%-i, sekulyarların isə 23%-i fələstinlilərin İsrail vətəndaşlığından çxarılmasını istəyir.

Sekulyarların 23%-i ultra-pravoslav yəhudilərə də nifrət etdiklərini bildiriblər.

1,9 milyondan çox İsrail vətəndaşlığı daşıyan fələstinlilər ölkədəki ümumi vətəndaşların 21%-ni təşkil edir.

İsrail vətəndaşı olan fələstinliləri təmsil edən partiyalardan ibarət Birgə Ərəb Siyahısı Bloku 120 nəfərlik parlamentdə 15 millət vəkili ilə iştirak edir.