8 Marş aksiyası: “Polis aksiyanı dağıdıb, onlarla iştirakçı saxlanılanılıb” – [canlı bloq]

Bu gün feministlər Nizami küçəsində “8 Marş – Haqlarımız Uğrunda” yürüş keçirəcəkcəklər. Yürüş artıq bir neçə ildir ki, hər il 8 martda keçirilir. Qadına qarşı şiddətə və zorakılığıa, cinsi ayrıseçkiliyə etiraz olaraq təşkil olunan aksiyanın tələbləri İstanbul Konvensiyasının qəbul edilməsi və qadınlara qarşı baş verən cinayətlərin ədalətli araşdırılmasıdır.

Bakı Şəhər İcra Hakimiyyəti aksiyaya icazə verməyəciyini açıqladıqdan sonra, polis qanunsuz aksiyaların qarşısını alacağını bildirib. Feministlər isə aksiyanın baş tutacağını deyiblər.

Aksiyada baş verənləri bu canlı bloqumuzdan izləyə bilərsiniz:

10:00

Aksiyanın baş tutacağı yerə polis qüvvələri cəmlənib.

14:00

İctimai fəal Rüstəm İsmayılbəyli aksiya keçiriləcək əraziyə yaxın yerləşən kafelərdən birinə polisin girdiyini və 5-6 nəfər aksiya iştirakçısını saxladığını bildirib: “Coffie Moffie-yə polis girdi. Hamını saxlayırlar. İçəridən 5-6 nəfəri götürdülər. Hələlik dayanıb. Sevgi İsmayılbəyli və Vəfa Nağı saxlanılıb. Vəfanı içəridən götürdülər”, – deyə o feysbukda qeyd edir.

15:00

Bir qrup aksiya iştirakçısı ərazidə şüarlar səsləndirməyə başlayıb.

15:04

Polis aksiyaçılara sərt müdaxilə edib, saxlanılanlar var. Saxlanılanlarda biri Nərmin Şahmarzadə, digəri isə Nurlana Cəlildir. Nərmin Şahmarzadə feysbukda 9-cu polis bölməsinə aparıldığını qeyd edib.

15:22 

Hazırda sakitçilikdir, polis əməkdaşları ərazini nəzarətdə saxlayır.

15:24

Rəbiyyə Məmmədova

Nida Vətəndaş Hərəkatının İdarə Heyətinin üzvü Rəbiyyə Məmmədova 8 Marş aksiyası ilə bağlı polislər tərəfindən saxlanılıb və 37-ci polis bölməsinə aparılıb. Əldə etdiyimiz məlumata görə, bölmədə ona qarşı fiziki zorakılıq edilib. Rəbiyyə Məmmədova hazırda bölmədə saxlanılır.

Bu barədə Nida Vətəndaş Hərəkatının rəsmi feysbuk səhifəsi məlumat paylaşıb.

(15:28 – video paylaşılan saat)

Feminist fəallar Gülnarə Mehdiyeva və Zhala Bayramova zorakılıqla 9-cu polis bölməsinə salınırlar.

(Aksiyanın gedişindən fotolar – hələlik isə sakitçilikdir)

(14ı51)

Nərmin Şahmarzadə feysbukda status yazır: “39-a aparıllar. Səadət Abdullazadə, Aygün Aslanlı, Səbinə Rəhimova da mənlədir. Gülnara və Jalə Bayramova maşından qaçdı. Deyəsən, onları da tutublar.

Mikroskop Media saxlanılan feminist fəalların siyahısını yayıb

Aksiyada saxlanılanların siyahısı yenilənir

1. Aysel Umudova
2. Aytac Agazade
3. Cəmilə Quliyeva
4. Gulnara Mehdiyeva
5. İlaha İsgandar
6. Izolda Aghayeva Lale
7. Nərmin Heydərgil
8. Narmin Shahmarzade
9. Nərgiz Absalamova
10. Zhala Bayramova
11. Rəbiyyə Məmmədova
12. Sevgi İsmayılbəyli
13. Sevinc Səmədzadə
14. Səbinə Rəhimova
15. Şərgiyyə Heydərova
16. Vəfa Nağı
17. Aytac Tapdıq
18. Zəhra Kələndərova
19. Saadat Abdullazada
20. Aygün Aslanlı
21. Ayla Əhədova

22. Namiq Abdullayev

Aksiyadan Azadlıq Radiosunun yaydığı fotolar
Saxlanılanlardan Jalə Bayramova və Gülnarə Mehdiyeva sərbəst buraxılıb. Gülnarü Mehdiyeva son olraq aksiyanın qətnaməsini mətbuat üçün oxuyub. O, aksiyanı baş tutmuş hesab edib.

Əvvəlki məqaləNATO-nun baş katibi: “Avropanın təhlükəsizliyini Tükiyə kimi ölkələr təmin edir”
Növbəti məqalədəŞahin Cəfərli: “Ukrayna ölkədə Rusiyanın 5-ci kolonunu dağıdır, Rusiya Donbas sepreatçılarını qızışdırır”