Aleksey Navalni cəzasını çəkmək üçün alt paltarları istehsal edən islah əmək koloniyasına göndərilib

Aleksey Navalni həbsdə.

Rus müxalifətinin lideri Aleksey Navalninin həbs cəzasını harda çəkəcəyi bəlli olub. O Moskvaya yaxın Vladimirski rayonundakı 2 saylı islah əmək koloniyasında olacaq. Bu təcridxana Rusiya Penitensiyar Xidmətinin ehtiyacları üçün alt paltarları tikmək üzrə ixtisaslaşıb.

“The Insider” qəzeti yazır ki, 2 saylı islah əmək koloniyası 2018-ci ildən Penitensiyar xidmətin regional idarələrindən kişi köynəkləri, tumanları və maykaları tikmək sifarişi almağa başlayıb. Müqacilənin qiyməti 821 min rubl olub. Dövlət sifarişləri idarəsinin portalında paylaşılan sənədlərdən görünür ki, Pokrovdakı 2 saylı təcridxana 1600 köynəyi hər birini 311 rubla, dörd min tuman və maykanı isə hər birini 81 rubla istehsal edib.

Xatırladaq ki, fevral ayının əvvəlində Moskvanın Simonovski məhkəməsinin qərarı ilə Navaln 3,5 illik həbs cəzasına məhkum edilib. Keçən həftəyə qədər təqribən yarım ay “Matrosskaya tişina” təcridxanasında qalan Aleksey Navalni axır ki, cəzasının qalanını çəkmək üçün islah əmək koloniyasına göndərilib. Navalni bu həbsxanada 2,5 il qalacaq.

MƏNBƏwww.ekhokavkaza.com
Əvvəlki məqaləMübariz Mənsimov azadlığa buraxılıb
Növbəti məqalədəRoma papası şiə liderləri ilə görüşmək üçün İraqa gedib