Almaniya 2020-ci ildə əvvəlki illərlə müqaisədə 2 dəfə az miqrantı deportasiya edib

2020-ci ildə koronavirus pandemiyasının fonunda Almaniyadan deportasiya olunan miqrantların sayı 10800 olub. Bu 2019-cu illə müqaisədə iki dəfə azdı. Bu haqda Almaniyanın daxili işlər nazirliyi məlumat yayıb.

Məlumata görə ən çox deportasiya olunanlar gürcülər (928 nəfər) və albanlar (926 nəfər) olub. Onlardan sonrakı yerdə serblər gəlir. Dublin razılaşmasına görə miqrantlar adətən Avropa Birliyinin ilk hansı ölkəsinə düşüblərsə həmin ölkəyə deportasiya olunurlar.

Alman Sol partiyasının daxili siyasət üzrə əməkdaşı Ulla Yelpke deyir ki, Almaniyada miqrantların deportasiyası zamanı zorakı metodlardan istifadə get-gedə artır. Ölkədən qocaları, xəstələri, müalicəyə ehtiyacı olanları, hətta Almaniyada doğulan və göndərildiyi mənşə ölkənin dilini bilməyən adamları da deportasiya edirlər.

MƏNBƏdw
Əvvəlki məqaləSərhədsiz Reportyorlar Məhəmməd İbn-Salmanın mühakimə olunmasını istəyir
Növbəti məqalədəABŞ prezidenti may ayının sonlarına qədər ölkənin bütün vətəndaşlarını peyvəndlə təmin edəcəklərini deyir