Avropa Birliyi İngiltərəni Brexit razılaşmasını pozmaqda ittiham edir

Avropa Komissiyasının enerji birliyi üzrə vitse-prezidenti Maroş Şefçoviç İngiltərə hökumətinin Şimali İrlandiyaya gedən məhsulların daha bir müddət, bir oktyabra qədər gömrük nəzarətindən azad olacağına dair qərarından sonra məsələ ilə bağlı açıqlama verib. 

Xüsusən qida məhsullarını və kənd təsərrüfatı məhsullarını əhatə edən qərarı Avropa Birliyi həm Brexit razılaşmasının, həm də beynəlxalq hüququn pozuntusu kimi dəyərləndirib.

Açıqlamada İngiltərənin birtərəfli hərəkətindən narahatlıq ifadə edilib və bu qərarın Brexit razılaşması ilə yanaşı, həm də Şimali İrlandiya Protokolunun pozulması olduğu qeyd olunub.

İngiltərənin bundan əvvəl də Brexit razılaşmasının bəzi maddələrini dəyişdirmək üçün layihə qəbul etməyə cəhd etdiyini xatırladan açıqlamada İngiltərənin Avropa Birliyinə məlumat vermədən birtərəfli davranmasının konstruktiv olmadığı və məyusluğa səbəb olduğu bildirilib.

Brexit müqaviləsi

2020-ci il 1 fevralda Böyük Britaniya Avropa Birliyini rəsmən tərk edib.

Bununla da Britaniyanın Avropa İttifaqını tərk etməsi prosesi başa çatıb. Qeyd edək ki, krallıq 47 il qurumun üzvü olub.

Britaniya sakinləri arasında ölkənin Avropa Birliyində qalıb-qalmaması ilə bağlı referendum 2016-cı ildə keçirilib. Ölkə əhalisi 1,3 milyon səs çoxluğu ilə (49%-ə qarşı 52%) Britaniyanın birliyi tərk etməsini dəstəkləyib.

Bundan sonra Avropa Birliyi 27 dövlətdən ibarət olub.

Əvvəlki məqaləDonetsk separatçı rejimi əsgərlərə Ukrayna mövqelərinə qabaqlayıcı atəş açmağa icazə verib
Növbəti məqalədəMariya Zaxarova rus müxalifətini Qərbin “təsir agenti” adlandırıb