Azərbaycanda indiyədək cəmi 300 min adam koronavirusa qarşı peyvəndlənib

Martın 2-də Azərbaycan Respublikasında yeni koronavirus (COVID-19) infeksiyasına qarşı 20 903 nəfər vaksinasiya olunub.

Bu haqda “Koronavirusinfo.az” saytı məlumat yayıb. Məlumata görə hazırkı dövrədək ölkəmizdə koronavirus infeksiyasına qarşı 313 582 nəfər peyvəndlənmə prosesində iştirak edib.

Vaksinasiya respublikamızın bütün rayonlarında uğurla davam etdirilir.

Əvvəlki məqaləElmar Hüseynovun qətli barədə FTB hesabatında yazılanlar açıqlanıb
Növbəti məqalədəErməni tərəfi Azərbaycanda yüzdən çox erməni əsirinin olduğunu iddia edir