Azərbaycandan rüşvət almış alman deputatlar korrupsiya araşdırmalarına cəlb edilib

Azərbaycandan rüşvət almış alman deputatlar.

Almaniya Bundestaqında yeni korrupsiya qalmaqalı başlayıb. Qalmaqalın baş rol oyunçusu Azərbaycandır. Belə ki, bir neçə alman deputat şəxsi maraqları üçün Azərbaycan höküməti ilə əməkdaşlığa giriblər. Korrupsiyada şübhələnilən və alman prokurorluğunun diqqətini daha çox çəkənlər Xristian Demokrat Birliyi partiyasından olan deputatlar Aksel Fişer və Mark Hauptmandır.

Mart ayının əvvəllərində Aksel Fişerin Bundestaqdakı ofisində, həmçinin evində antikorrupsiya araşdırmaları çərçivəsində axtarış aparılıb. Fişerin Avropa Şurası Parlament Assambleyasında (AŞPA) çalışarkən Azərbaycan siyasətçilərindən rüşvət aldığı ehtimal edilir.

Digər deputat Mark Hauptman isə özünə aid olan “Südthüringen Kurier” qəzetində Azərbaycana turist turları və Azərbaycan nar şirəsini reklam edib. Reklamdan əlavə qəzetdə bənzər mövzularda redaksiya materialları da verilib. Hauptman özü isə həmin materialların onun siyasi baxışını əks etdirmədiyini dilə gətirib. Deputat təkcə Azərbaycanla əlaqələrə görə yox, həm də başqa fırıldaqçılıq əməllərinə görə də qınanır.

Fişer və Hauptmandan başqa Azərbaycanla korrupsiya əlaqələri olan başqa bir deputat Tomas Baraysın da adı çəkilir. Barays da Xristian Demokratlara aiddir. “Redaktionsnetzwerk Deutschland” (RND) qəzetinin araşdırmasına görə Baraysa qarşı martın 12-də ittiham irəli sürülüb. O koronavirus pandemiyası vaxtı alman tibbi cihazlar istehsalçısı “Löwenstein Medical”dan Azərbaycana süni nəfəs aparatları ixracında yardımçı olub və bunun qarşılığında rüşvət alıb.

Barays 2019-cu ilin yanvar ayında alman iqtisadi nümayəndə heyətinin tərkibində Bakıya gəlib və ölkənin prezidenti İlham Əliyevlə görüşüb. Deputat özü deyib ki, alman tibbi texnika istehsalçısı olan şirkətə heç bir təzyiq göstərməyib, onun Azərbaycana dəstəyi isə sadəcə “humanitar yardım” məqsədi ilə olub.

Həmçinin, Aleks Fişer, Mark Hauptman və Tomas Barays Xristian Demokratlar Partiyası sıralarındakı “Azərbaycan fırıldaqçılığının” yeganə fiqurantları deyil. 2017-ci ildən bəri müstəqil ekspertlər tərəfindən aparılan araşdırmalardan görünür ki, Azərbaycan AŞPA-dakı deputatlara təsir etmək üçün artıq çoxdandır ki, “kürü diplomatiyasından” istifadə edir.

Araşdırmalardan görünür ki, rəsmi Bakı ölkənin Avropa Şurasına girdiyi zaman üzərinə götürdüyü öhdəçilikləri yerinə yetirməsinə nəzarət edən monitorinq qrupunun məruzəçilərinin pulla və hədiyyələrlə şirnikləndirilməsi ilə məşğul olub. Rüşvət qismində Azərbaycan deputatlara çoxsaylı hədiyyələr, o cümlədən qara kürü, xalçalar, bahalı içkilər və zərgərlik məmulatları verib. Məsəlçün, 2014-2015-ci illər ərzində AŞPA-da deputat olmuş və Azərbaycanda siyasi məhbusların azad olunması tələbinə qarşı qabaqalayıcı tədbirlər görən AŞPA deputatatı Karin Ştrenzə Bakı tərəfindən vasitəçi şirkətin köməyi ilə 22 min avro pul ötürülüb. Ştrenç aldığı pullara görə Azərbaycanda siyasi məhbusların azad olunması ilə bağlı tələbnamənin əleyhinə səs verib. Haqqında korrupsiya ittihamları çıxdıqdan sonra Ştrenç 2018-ci ildə yenidən AŞPA-da işə göndərilməyib, ancaq o hələ də Alman Bundestaqının üzvüdür.

Azərbaycan höküməti ilə münasibətdə korrupsiyada şübhəli bilinən daha bir alman deputatı Xristian Demokratlar və Xristian İttifaqı fraksiyalarından Bundestaqda təmsil olunan Eduard Lintnerdir. O da Karin Ştrenç kimi bir neçə il əvvəl Avropada Azərbaycanın xeyrinə lobbiçiliklə məşğul olub. Avropa Şurasının Azərbaycandakı müşahidəçi komissiyasında təmsil olunan alman deputat Azərbaycanda keçirilən parlament seçkilərinin təşkilini müsbət qiymətləndirdiyi üçün özü haqda şübhələr oyadıb. Lintner və Ştrençin əməlləri ilə bağlı təhqiqat işi ilə hal-hazırda Frankfut-am-Mayn prokurorluğu məşğul olur.

Tərcümə: abzas.net

MƏNBƏdw.de
Əvvəlki məqaləBMT: “Myanmada hərbi çevrilişə qarşı etirazlarda 138 nəfər qətlə yetirilib”
Növbəti məqalədəAzərbaycanda 980 yeni yoluxma