Belarus Tixanovskayanı istəyir, Litva vermir

Belarusun Baş Prokurorluğu müxalifət lideri Svetlana Tixanovskayanı dövlət əleyhinə yönəlmiş bir neçə ağır cinayətdə ittiham edib və Litva hökumətinə müxalifət liderinin ekstradisya edilməsi ilə bağlı müraciət edib.

Litvanın Xarici İşlər naziri Qabrielius Landsbergis açıqlama verərək bildirib ki, Litvada sığınacaq alan hər kəs özünü təhlükəsiz hiss edə bilər. O qeyd edib ki, Litva rejimləri tərəfindən təqib olunan bütün demokratiya uğrunda mübarizə aparan mühacirlərin təhlükəsizliyinə təminat verir və ölkələrinə verməyəcək.

Tixanovskaya və tərəfdarları Belarusda 9 avqust seçkisinin Lukaşenkanın xeyrinə saxtalaşdırıldığını, onun əslində 3 faizdən də az səs qazandığı deyirlər.

Seçkidən sonra başlanan etirazlarda jurnalistlər və fəallar da daxil minlərlə insan saxlanıb. Onlara işgəncələr verilməsinə dair məlumatlar var.

Etirazçılardan bir neçəsi həlak olub.

Avropa İttifaq, ABŞ və Kanada Belarus seçkisinin nəticələrini və Lukaşenkanın prezident kimi legitimliyini tanımadıqlarını bildiriblər.

Əvvəlki məqaləHər 10 amerikalıdan 9-u Çini təhdid kimi görür
Növbəti məqalədəUkrayna ikili vətandaşlığa icazə verməyi planlaşdırır