BMT: 600 milyon uşaq su qıtlığından əziyyət çəkəcək

2040-cı ilə qədər 600 milyon uşaq su qıtlığından əziyyət çəkəcək. Birləşmiş Millətlər Təşkilatı (BMT) bununla bağlı xəbərdarlıq edib.

BMTnin Baş katibi Antonio Quterreş bildirib ki, qlobal istiləşmə, bioloji fərqlilik və çirklənmənin artması dünyada böyük qıtlığa səbəb olacaq.

Bundan əlavə, 2040-cı ilə qədər dünyada 600 milyona qədər, yəni 18 yaş altı hər dörd uşaqdan biri su qıtlığının aşırı dərəcədə pis olduğu bölgələrdə yaşayacaq. Kənd yerlərində və daha az inkişaf etmiş ölkələrdə 3 milyard insanın hələ də əl məişətdə istifadə üçün suynan təmin olunmadığı bildirilib.

BMT ölkələri su və sanitariya imkanları üçün davamlı inkişaf hədəflərinə sərmayə qoymağa, iqlim dəyişikliyi ilə əlaqədar tədbirlər görməyə çağırıb.

Əvvəlki məqaləTürkiyə İstanbul Konvensiyasından çıxdı
Növbəti məqalədəRusiya: “ABŞ-ın Qara dənizdə olan döyüş gəmisinə yaxından nəzarət edilir”