Bu gün Əfv Komissiyasının sonuncu iclası keçiriləcək

Bu gün Azərbaycan Prezidenti yanında Əfv Məsələləri Komissiyasının sonuncu iclası keçiriləcək. İclasda komissiyaya daxil olan növbəti müraciətlərə baxılacaq.

Bununla da komissiya növbəti əfv sərəncamının imzalanması üzrə işini yekunlaşdıracaq. İndiyədək komissiyada baxılan müraciətlərin sayı 950-dən çoxdur.

Əfv Komissiyasının ilk iclası bu ilin fevralında yeni tərkibdə keçirilib.

İclasları komissiyanın sədri, Prezident Administrasiyasının rəhbəri Samir Nuriyev aparıb. İclaslarda ilk dəfə olaraq İnsan Hüquqları üzrə Ombudsman Səbinə Əliyeva da iştirak edib. Komissiyanın bütün üzvləri iclasda təmsil olunublar.

Əvvəlki məqaləNərmin Şahmarzadə: “Hökümət qorxur ki, get-gedə daha çox insan küçəyə çıxıb öz haqqını tələb edər”
Növbəti məqalədəGürcüstandakı azərbaycanlılar Novruz bayramı günü komendant saatı istəmir