Bu gündən Azərbaycanda 40 yaşlıların peyvəndlənməsinə başlanılır

Bu gündən etibarən Azərbaycanda 40 yaş üzərində olan vətəndaşlar vaksinasiyaya cəlb olunacaq.

Bu yaş kateqoriyası üzrə vətəndaşların peyvənd olunmasına start veriləcək.

Hazırkı dövrədək ölkədə koronavirus infeksiyasına qarşı 482 664 nəfər peyvəndlənmə prosesində iştirak edib. Vaksinasiya bütün rayonlarda uğurla davam etdirilir.

Azərbaycanda vaksinasiya prosesinə yanvarın 18-dən start verilib.

Eyni zamanda Milli Məclisin deputatlarının koronavirus infeksiyasına qarşı vaksinasiyasının ikinci mərhələsi də başlayıb.

Deputatlar qrafik üzrə koronavirusa qarşı vaksinin ikinci dozasını alacaqlar.

Əvvəlki məqaləSəməd Rəhimli: “Azərbaycanda şəxsi həyatın toxunulmazlığı ilə bağlı normal hüquqi təcrübə yoxdur”
Növbəti məqalədəÇempionlar Turunda qalib bəlli oldu