Çin 1058 nəfər milyarderə ev sahibliyi edir

Çinin ən zəngin adamları.

Çində fəaliyyət göstərən iqtisadi araşdırmaları məşğul olan Hurun araşdırmalar institutunun media orqanı olan Hurun Report hər il dünyanın ən zəngin adamlarının siyahısını və varidatlarını hesablayır. İnstitutun hesablamasına görə bu il dünyada ən çox milyarder yaşayan ölkə Çin olub. Belə ki, keçən illə müqaisədə 259 milyarderin daha əlavə olunduğu siyahıda ümumilikdə 1058 çinli milyarder var.

Çindən sonra ikinci yerdə isə 696 milyarder sayı ilə ABŞ dayanır, üçüncü sırada 177 milyarder sayı ilə Hindistan tutur. Həmçinin Hurun reportun məlumatına görə dördüncü yerdə 141 milyarderlə Almaniya, beşinci yerdə 134 milyarderlə İngiltərə, 6-cı yerdə 100 milyarderlə İsveçrə və yeddinci yerdə 85 milyarderlə Rusiya dayanır.

Keçən illə müqaisədə bu il dünya boyu daha 610 nəfər yeni milyarder ortaya çıxıb və daha 2312 milyarder isə sərvətini artırıb. Siyahıda həmçinin dünyasını dəyişən 32 milyarder haqda və varidatının bir hissəsini itirən 282 milyarder haqda da məlumat var.

Hurun Reportun rəhbəri Rupert Huqeverf-in məlumatına görə ABŞ-la ticarət müharibələrinə baxmayaraq bu ilki yeni milyarderlərin 259-unun kommunist Çindən olması diqqətəlayiq hadisədir. Həmçinin ABŞ-da son beş ildə 160 milyarder ortaya çıxsa da, Çində eyni dövrdüə 490 nəfər milyarder olub. Burdan yola çıxaraq Huqeverf dünyadakı var-dövlətin Asiyaya daşındığı nəticəsinə gəlib.

MƏNBƏHurun Report
Əvvəlki məqaləKataloniyada dövlət məktəblərində İslam dini tədris olunacaq
Növbəti məqalədə“Freedom House” bu il də Azərbaycanı qeyri-azad ölkələr siyahısına daxil edib