Dünya bazarında neftin qiyməti keçən ildən bu yana ən yüksək rekorduna çatıb

Dünya bazarında Brent markalı neftin qiyməti keçən həftə 2,85 faiz bahalaşaraq 71 dollara yüksəlib. Bu yaxın bir il üçün rekord qiymətdir.

Nyu-Yorkun NYMEX (“New York Mercantile Exchange”) birjasında “Light” markalı neftin bir barrelinin qiyməti isə 2,81 faiz bahalaşaraq 67,95 dollar olub.

Neftin qiyməti son dəfə bir barelinə görə 70 dollara 2020-ci ilin yanvar ayında yüksəlmişdi. Koronavirus pandemiyasından sonra isə neftin qiyməti sürətlə aşağı enmiş, bir barelə görə 45-50 dollar arası dəyişmişdi.

 

Əvvəlki məqaləİsveçrədə müsəlman qadınlara üzü tamamilə bağlayan hicab və burqa taxmaq qadağan edilir
Növbəti məqalədəNATO-nun baş katibi: “Avropanın təhlükəsizliyini Tükiyə kimi ölkələr təmin edir”