Erməni tərəfi Azərbaycanda yüzdən çox erməni əsirinin olduğunu iddia edir

Azərbaycanlılar tərəfindən Hadrut ətrafında əsir götürülən erməni əsgərləri.

Ermənistanın Diaspora Məsələləri Üzrə Komitəsinin rəhbəri Zare Sinanyan rus mediasına verdiyi müsahibəsində Azərbaycanda hələ də yüzdən çox erməni əsirinin qaldığını, bu məsələnin həlli üçün isə Azərbaycanla Ermənistana rasında dialoqun vacibliyini dilə gətirib.

Sinanyan həmçinin bildirib ki, fevralın 24-dən martın 2-nə qdəər Rusiyaya etdiyi rəsmi səfərində bu məsələni Rusiya Federasiyası xarici işlər nazirinin müavini Andrey Rudenkoyla müzakirə edib.

“Bizimçün hər şeydən başlıca məsələ Azərbaycanda saxlanılan erməni hərbiçiləri və sivil vətəndaşları geriyə qaytarmaqdır. Və bu məsələni biz Rusiyanın XİN əməkdaşları ilə müzakirə etdik. Bilirəm ki, onların sayı 100-dən çoxdur, amma məndə dəqiq rəqəm yoxdur. Buna görə də biz Azərbaycanla dialoq aparmalıyıq ki, Azərbaycanda nə qədər əsirimiz qalıb, onlar bunu bizdən yaxşı bilirlər. Konkret əsir düşən adamların sayını bilirik, amma bizim həm də itkin düşənlərimiz var, ona görə də rəqəmlər daim dəyişir” – deyə Sinanyan bildirib.

Sinanyanın sözlərinə görə İrəvan bundan sonra da Moskvanın bu məsələnin həllində Ermənistana kömək edəcəyinə ümüdlüdür

MƏNBƏnews.am
Əvvəlki məqaləAzərbaycanda indiyədək cəmi 300 min adam koronavirusa qarşı peyvəndlənib
Növbəti məqalədəBu gün İqtisadi Əməkdaşlıq Təşkilatının Zirvə toplantısı keçiriləcək