Ermənistanda müxalifət hərbi rejimin ləğvini tələb edir

Ermənistanda davam edən hərbi rejimin aradan qaldırılması ilə bağlı etirazlar və ictimai çağırışlar artır. Martın 15-də parlamentdəki “Çiçəklənən Ermənistan” fraksiyasının katibi Arman Abovyan hərbi rejimin ləğv edilməsi ilə bağlı yeni qanun layihəsini parlamentə təklif edib.

Layihəyə “Çiçəklənən Ermənistan”dan əlavə parlamentdə təmsil olunan “İşıqlı Ermənistan” partiyası da öz dəstəyini verib.

“Hərbi rejim ölkə üçün gündəmdə deyil və bütün siyasi proseslər üçün maneçilik törədir” – deyə Arman Abovyan bildirib.

O qeyd edib ki, rejimin hərbi vəziyyəti saxlamağa çalışması sadəcə siyasi məqsədlər üçündür. Bu həm də baş nazirin istefaya göndərilməsinə maneçilik yaradıq. Qeyd edək ki, Ermənistanda hərbi rejim 2020-ci ilin 27 sentyabr günü tətbiq olunub və beş ay yarımdır davam edir.

Parlamentdəki iqtidar bloku olan “Mənim addımım” blokuna aid deputatlar isə hərbi rejimi qonşuluqdakı Azərbaycan və Türkiyənin genişmiqyaslı hərbi təlimlərinə görə hələlik saxlanılmalı olduğunu bildiriblər.

Hökümətyönmlü deputat Andranik Koçaryan deyib ki, müharibədən sonra hərbi rejimdə vətəndaşların hüquq və azadlıqları ilə bağlı xeyli sərtləşdirmələr ləğv edilib, yumşaldılıb.

MƏNBƏnews.am
Əvvəlki məqaləMehman Hüseynov: “Saxlanılmağımda səbəb qanunsuz dron uçurtmaq yox, məmur mülklərini ifşa etməyim idi”
Növbəti məqalədəBaş Prokurorluq: General-leytenant Rövşən Əkbərov həbs olunub