Hər 10 amerikalıdan 9-u Çini təhdid kimi görür

Aparılan araşdırmalara görə, ABŞ-ın ən vacib prioritetinin Çinin gücünü məhdudlaşdırmaq olduğunu düşünənlər son 3 ildə 16% artıb.

Amerikada bir beyin mərkəzi tərəfindən aparılan sorğuda amerikalıların böyük əksəriyyətinin Çini düşmən və ya rəqib kimi gördüyü üzə çıxıb.

Pew Araşdırma Mərkəzi tərəfindən 1-7 fevral arasında 2 min 596 nəfərin iştirakçı ilə aparılan sorğuların nəticələrinə görə, hər 10 amerikalıdan 9-u Çini ölkələri üçün təhdid kimi gördüyünü açıqlayıb. Nəticələrdən məlum olub ki, Çinin gücünü məhdudlaşdırmağı ABŞ-ın ən üstün prioriteti hesab edənlər son 3 ildə 16% artıb.

Özlərini respublikaçı kimi tanıdanların 72%-i, demokrat olduqlarını bildirənlərin isə 37%-i Çinə sərt münasibət göstərməyin Pekinlə güclü iqtisadi əlaqələr qurmaqdan daha vacib olduğunu bildirib.

MƏNBƏIndependent
Əvvəlki məqaləBir Roma Papası tarixdə ilk dəfə İraqa səfər edib
Növbəti məqalədəBelarus Tixanovskayanı istəyir, Litva vermir