İranda 5 illik həbs müddəti başa çatan İngiltərə vətəndaşına yeni ittiham irəli sürülüb

İranda 2016-cı ildə cəsusluq ittihamı ilə 5 il müddətinə həbs edilən İran əsilli İngiltərə vətəndaşı Nazanin Zaghari-Ratcliffenin cəza müddəti başa çatıb, ancaq o başqa pozuntuda ittiham olunduğu üçün ölkəsinə dönə bilməyəcək. 

Koronavirus pandemiyası səbəbindən ötən il həbxanadan çıxarılan və valideyinlərinin tehrandakı evində elektron qandalla cəza müddətini çəkən Nazanin Zaghari-Ratcliffenin cəza müddəti başa çatdıqdan sonra elektron qandalı qolundan açılıb.

Ancaq İran dövlət televiziyası Nazanin Zaghari-Ratcliffenin “Dövlət əleyhinə təbliğat aparmaq” ittihamı ilə 13 martda yenidən hakim qarşısına çıxacağını bildirib.

İngiltərə Xarici İşlər naziri Dominic Raab Twitterdə Nazanin Zaghari-Ratcliffenin azadlığa buraxılmasını məmnuniyyətlə qarşıladıqlarını bildirib, lakin İranın ona münasibətdə “dözümsüz” olduğunu və Zaghari-Ratcliffein dərhal İngiltərəyə geri qayıtmasına icazə verilməli olduğunu qeyd edib.

Zaghari-Ratcliffe 2016-cı ildə qızı ilə ailəsini ziyarət etmək üçün Tehrana getdiyi zaman həbs edilib. O dövrdə Thomson Reuters Fondunda layihə rəhbəri vəzifəsində çalışan 42 yaşlı Zaghari-Ratcliffe “İslam rejimini devirməyə cəhd” ittihamı ilə 5 il həbs cəzasına məhkum edilmişdi.

Əvvəlki məqaləKoronavirusa qarşı hazırlanmış yeni dərman virusun təsirini 5 gündə yüngülləşdirir
Növbəti məqalədəİsveçrədə müsəlman qadınlara üzü tamamilə bağlayan hicab və burqa taxmaq qadağan edilir