Mehman Hüseynov və Ülvi Həsənli polis tərəfindən saxlanılıb

Jurnalist Mehman Hüseynov və Nida Vətəndaş Hərəkatının üzvü Ülvi Həsənli polis tərəfindən saxlanılıb. 

Bu barədə onlar özləri məlumat yayıblar.

Məlumata görə, onlar Novxanıdan çəkilişdən qayıdan zaman iki polis maşını onları saxlayıb, sənədlərini alıb, gözlədiblər. Ülvi Həsənli bildirib ki, onları yol boyu izləyiblər. Ülvi Həsənli qeyd edib ki, ötən il də eyni hadisə başlarına gəlib.

Mehman Hüseynov daha sonra Abşeron Rayon Polis İdarəsinə aparıldıqlarını bildirib.

Məsələ ilə bağlı Daxili İşlər Nazirliyindən münasibət almaq mümkün olmayıb.

Əvvəlki məqaləFeministlərin ciddi səhvləri – Seymur Baycan
Növbəti məqalədəAzərbaycan Ordusu əməliyyat-taktiki təlimlərə başladı