“Middle East Eye”: Ermənistan müharibə vaxtı Bakını “İskəndər” raketləri ilə vurubmuş

Rusiya istehsalı "İskəndər" raketləri.

Ermənistan 2020-ci ilin noyabr ayında Dağlıq Qarabağda gedən müharibə zamanı Rusiya istehsalı “İskəndər” raketlərindən ən azı birini Azərbaycanın paytaxtı Bakı şəhərinə atıb. Bu haqda «Middle East Eye» siyasi araşdırmalar saytı üçün yazan türk jurnalist Raqıp Soyluya Azərbaycanın yüksəkçinli məmurlarından biri xəbər verib.

Jurnalist yazır ki, keçən ilin sonu baş vermiş altı həftəlik qanlı müharibədən sonra noyabr ayında Rusiyanın vasitəçiliyi ilə Ermənistan və Azərbaycan arasında atəşkəs əldə olunmuş və müharibənin nəticəsi kimi Azərbaycan ordusu strateji əhəmiyyət daşıyan Şuşa şəhərinə girib.

Raqıp Soylunun Azərbaycan hökümətindəki informasiya mənbəyi olan yüksəkçinli məmur deyib ki, Rusiya Ermənistanı “İskəndər” raketindən istifadə etməyə vadar edib və müharibədə hər cür maddi dəstək göstərib ki öz torpaqlarını sürətlə azad edən Azərbaycan ordusunu dayandırıb atəşkəsə şərait yarada bilsin.

Türk jurnalistini məlumatlandıran mənbənin sözlərinə görə “İskəndər” ballistik raketi İrəvandan birbaşa Bakıya atılıb və çox qəribədir ki, bu hadisə atəşkəsə bir neçə gün qalmış baş verib. Bu Azərbaycan rəsmilərini narahat edib. Ancaq Azərbaycanın malik olduğu İsrail istehsalı Barak-8 tipli hava hücumundan müdafiə qurğuları “İskəndər” raketini havadaca zərərsizləşdirib.

“”İskəndər” raketinin sonra yenə də istifadəsi ölkədə vəziyyəti kəskinləşdirə bilərdi deyə Azərbaycan rəhbərliyi atəşkəsə razılıq verib” – deyə adını açıqlamaq istəyən yüksəkrütbəli Azərbaycan məmuru «Middle East Eye» saytına bildirib.

Noyabr ayında Qarabağ müharibəsində iştirak etmiş Ermənistan ordusunun yüksəkrütbəli hərbçisi də jurnalistlərə verdiyi məlumatda Azərbaycana qarşı ortamənzilli raketlərdən istifadə etdiklərini bildirmişdi.

“Bu raket müharibə vaxtı istifadə edilib, ancaq deyə bilmərəm haraya atılıb” – deyə general-polkovnik Movses Hakobyan Müdafiə Nazirliyindəki vəzifəsindən getməzdən öncə Bloomberg saytına demişdi.

O həmçinin əlavə etmişdi ki, Rusiya İrəvana müharibə vaxtı imkanı olan qədər silah-sursat verib.

MƏNBƏMiddle East Eye
Əvvəlki məqaləBMT-nin Yəmən üçün lazım olan yardım pulunu toplaya bilməməsi xəyal qırıqlığı yaradıb
Növbəti məqalədəAvropa Birliyi ilə Ermənistan arasında əməkdaşlıq və parntyorluq sazişi qüvvəyə minib