NATO Ukrayna ilə də dəniz təlimlərinə başlayıb

Ukrayna Dəniz Qüvvələri Komandanlığının yaydığı məlumata görə, donanmadakı hərbi birliklər Qara dənizdə NATO ilə birlikdə mina əleyhinə təlimlər həyata keçiriblər. 

NATO-nun minalarla əlaqəli hərbi qrupu 10 martda Odessa limanına daxil olub. Ukrayna donanması Qara dənizdə NATO-nun mina əleyhinə tədbirləri dəniz tapşırıq qrupu SNMCMG2 ilə PASSEX tipli təlim həyata keçirib.

Təlimin məqsədi Ukrayna, Türkiyə, Rumıniya və İspaniyanın dəniz gəmiləri arasında bir-birləri ilə qarşılıqlı effektiv işlər üzərində işləməkdir.

Təlimlərdə minatəmizləmə sahəsində bir çox nəzəri və praktiki biliklər bölüşüləcək.

Bundan əvvəl isə Gürcüstan hökuməti NATO-ya aid 4 döyüş gəmisinin Gürcüstan sularına daxil olduğunu və birlikdə təlimlərin planlandığını açıqlayıb.

Əvvəlki məqaləAzərbaycanda 980 yeni yoluxma
Növbəti məqalədəNərmin Şahmarzadə: “Hökümət qorxur ki, get-gedə daha çox insan küçəyə çıxıb öz haqqını tələb edər”