Navalnının həbsinə görə Rusiyaya tətbiq olunan sanksiyaların detalları bu həftə bilinəcək

Avropa Birliyi ölkələrinin daimi nümayəndələri Rusiyanın müxalifət lideri Aleksey Navalnının həbs olunmasında iştirak edən Rusiya vətəndaşlarına qarşı sanksiyaları müəyyən etməyə başlayıb. Rusiya bu sanksiyaları qanunsuz hesab edib və cavab verəcəyini bildirib. 

Bəzi mənbələr artıq sanksiyalarla bağlı yazılı prosedurun başladığını bildirib. Sanksiyaların hədəfi olacaq şəxslərin bu həftə müəyyən olacağı gözlənilir.

Rusiya Xarici İşlər nazirinin müavini Aleksandr Qruşko Rusiyanın Navalnı ilə bağlı yeni sanksiyalara cavab verəcəyini bildirib. Ancaq o, “qanunsuz” adlandırdığı bu sanksiyalara Rusiyanın necə cavab verəcəyinə dair fikir bildirməyib.

Avropa Birliyi ölkələri Rusiya müxalifətinin lideri Aleksey Navalnın həbsi ilə əlaqədar 22 fevralda Rusiya vətəndaşlarına qarşı sanksiya tətbiq etməyi qərara almışdı.

Əvvəlki məqaləBu gün Od çərşənbəsidir
Növbəti məqalədəTürkiyədə həkim Allaha qurban etdiyini deyərək oğlunun boynunu kəsib