Paşinyan ikinci dəfə fərman imzalayaraq Baş Qərargah rəisini işdən azad edib

Ermənistanın baş naziri Nikol Paşinyan ikinci dəfə Baş Qərargah rəisini işindən azad etmək üçün fərman imzalayıb.

Ermənistan prezidenti Armen Sarkisyan isə Onik Qasparyanın istefası ilə bağlı baş nazir Nikol Paşinyanın fərmanını ikinci dəfə imzalamaqdan imtina edib. Bu barədə dövlət başçısının mətbuat xidmətinin məlumatında deyilir.

Ermənistan qanunvericiliyinə uyğun olaraq, indi Paşinyanın fərmanı avtomatik olaraq qüvvəyə minəcək.

Ermənistan prezidentinin mətbuat xidmətinin məlumatında deyilir ki, Sarkisyan bu məsələ ilə bağlı Konstitusiya Məhkəməsinə müraciət etmək qərarına gəlib.

Əvvəlki məqaləAvropa Birliyi ilə Ermənistan arasında əməkdaşlıq və parntyorluq sazişi qüvvəyə minib
Növbəti məqalədəDünya Səhiyyə Təşkilatı: Son yeddi həftədə ilk dəfə koronavirusa yoluxanların sayı artır