Roma papası şiə liderləri ilə görüşmək üçün İraqa gedib

Roma Papası Fransisk və İraq şiələrinin lideri Ayətullah Əli Sistani.

Martın 5-i Roma papası Frasisk İraqa rəsmi səfərə yollanıb. Bu roma-katolik kilsəsinin başçısının İraqa ilk səfəridir. Müharibə və onun nəticəsi olaraq dini qarşıdurma nəticəsində bu ölkə öz xristian əhalisinin 83 faizini itirib.

Papa səfərinə bir neçə saat qalmış İtaliyaya sığınan iraqlı qaçqınlarla görüşüb.

Vatikan rəsmisi Franko Ciansoldati italyan mətbuatına verdiyi şərhdə Papanın bu səfərini çox təhlükəli səfər adlandırıb, çünki hal-hazırda İraqda seçkiqabağı dövrdür və ölkədə vəziyyət gərgin olaraq qalır.

Papanı bu səfərdən yayındırmaq və səfəri seçkidən sonrakı zamana, oktyabrın əvvəllərinə ölkədə vəziyyətin nisbətən stabilləşdiyi dövrə ertələməyi çox təklif ediblər, ancaq Papa bu təkliflərlə razı olmayıb, çünki bu səfərini çətin dövrdə katolik kilsəsinin İraqdakı üzvlərini dəstəkləmək üçün bir borc kimi dəyərləndirib.

İraqda olduğu ilk gündə Papa Fransik Bağdada səfər edəcək, orada İraqın siyasi liderləri ilə görüşəcək.

Şənbə günü Papa Nəcəf şəhərində İraq şiələrinin ali dini lideri böyük ayətullah Seyid Əli Sistani ilə görüşəcək.

Sonra o Nəcəfdən Mesapotaiyanın qədim şəhərlərindən biri olan Ur şəhərinə gedəcək. Bu şəhər adı İncildə çəkilən, İbrahim peyğəmbərin vətənidir

Papa Ur şəhərində dini ayin keçirəcək və katolik kilsəsində moizədə iştirak edəcək. Daha sonra isə ölkəsinə geri qayıdacaq.

Vatikan rəsmisi Franko Ciansoldati deyib ki, şiə liderləri katolik kilsəsi ilə heç bir birgə razılaşmanı imzalamağa razı deyillər, ancaq bu səfər sözsüz ki, iki fərqli dinin bir-birinə yaxınlaşmasında ilk addım olacaq.

MƏNBƏeuronews
Əvvəlki məqaləAleksey Navalni cəzasını çəkmək üçün alt paltarları istehsal edən islah əmək koloniyasına göndərilib
Növbəti məqalədəƏli Həsənov, Ramiz Mehdiyev, Siyavuş Novruzov və digərləri YAP-ın İdarə Heyətindən çıxarılıb