Şri-Lankada “Şeytan çıxartma” ritualı adı altında 9 yaşlı qızı döyüb öldürüblər

Şri-Lankada “Şeytan çıxartma” ritualı adı altında 9 yaşlı qızı döyüb öldürüblər. Bu barədə Şri-Lanka polisi məlumat yayıb. 

Məlumata görə, hadisə paytaxtdan 40 kilometr uzaqda yerləşən Delqoda qəsəbəsində təşkil olunan dini ritual zamanı baş verib.

Pis ruhları qovmaq adı ilə həyata keçirilən ritualda dəfələrlə döyüldükdən sonra həyatını itirən 9 yaşlı qızın anası və ritualı həyata keçirən şəxs həbs edilib.

Polisin sözçüsü Ajith Rohana bildirib ki, saxlanılan ana qızının bir şeytan tərəfindən ələ keçirildiyinə inanıb və qızını “cin çıxardan” kimi tanınan bir falçının evinə aparıb. Əvvəlcə bədəninə yağ sürtülüb, ondan sonra isə taxta ilə dəfələrlə vurulub. Xəstəxanaya aparılan qız orada həyatını itirib.

Əvvəlki məqaləHüquq müdafiəçiləri hakimiyyəti amnistiya və əfv elan etməyə çağırıblar
Növbəti məqalədəABŞ-ın Qara dənizdəki ağ işləri