Ukrayna ikili vətandaşlığa icazə verməyi planlaşdırır

Ukraynanın Xarici İşlər naziri Dmitro Kuleba bildirib ki, Ukrayna yaxın vaxtlarda ikili vətəndaşlığa icazə verməyi planlaşdırır. 

Nazir əlavə edib ki, ikili vətəndaşlıq yeganə olaraq Rusiya vətəndaşlığı üçün keçərli olmayacaq, Rusiya vətəndaşlığı yeni sistemdə istisna olunacaq.

Kuleba deyib ki, vəkillərlə bağlı tənzimləmə üzərində işləyirik. Ancaq bir istisna var. Bu istisna təcavüzkar ölkədir. Bu ölkə ilə ikinci vətəndaşlıq mümkün deyil: “Avropa Birliyi ölkələri, yəni bizimlə dost olan və təhlükə yaratmayan ölkələrlə ikinci vətəndaşlıq üçün icazə verməyi planlaşdırırıq”, – deyə Ukraynanın Xarici İşlər naziri Dmitro Kuleba əlavə edib.

Ukrayna Konstitusiyasına görə, vətəndaşlar yalnız bir vətəndaşlıq sahibi ola bilərlər. Bununla bərabər, fevral ayının sonunda Milli Təhlükəsizlik və Müdafiə Şurası ikili vətəndaşlığı tənzimləyən qanun layihəsinin hazırlanması ilə bağlı qərar vermişdi.

Əvvəlki məqaləBelarus Tixanovskayanı istəyir, Litva vermir
Növbəti məqalədəAqil Layıc: “Bu qrupda son iki ayda 2600 adama pulsuz hüquqi məsləhət vermişik”